Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "ƏGƏR BİZ HAKİMİYYƏTƏ GƏLSƏK..."
"ƏGƏR BİZ HAKİMİYYƏTƏ GƏLSƏK..."16-02-2012, 17:01 |
“XALQIN DƏSTƏYİNİ ALA BİLMƏYƏN HAKİMİYYƏT PROBLEMİ HƏLL EDƏ BİLMƏZ" “Hakimiyyətə gələn hər hansı bir partiya təkcə Qarabağ məsələsi ilə yox, eyni halda özünün xarici və daxili siyasətini əks etdirən konsepsiyası olmalıdır. Həmin konsepsiya və verdiyi vədlər əsasında xalqdan səs alaraq, hakimiyyətə gəlməlidir.” Bu sözləri Müsavat Partiyasının başqan müavini Arzu Səmədbəyli FaktXeber.com-un, “hakimiyyətə gələcəyiniz halda, Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş əldə etmək üçün nə edərdiniz”, - sualına aydınlıq gətirərkən bildirib. Bugünkü iqtidar xalqın səsini oğurlayaraq hakimiyyətə gəldiyini qeyd edən Arzu bəy, “hakimiyyət bütün seçkiləri saxtalaşdıraraq, avtoritar rejimlə idarə olunan bir sistem formalaşdırıb. Ona görə də onların nə daxili, nə də ki, xarici siyasətində hər hansı bir uğuru yoxdur”, - deyə bildirdi. Ölkənin korrupsiya və rüşvət burulğanında boğulduğunu qeyd edən başqan müavini, bir qışın qarının bu hakimiyyətin bütün eybəcərliklərini və eyiblərini üzə çıxardığını bildirdi: “Təbii ki, Qarabağ məsələsi ilə bağlı xalqın dəstəyini və səsini ala bilməyən hakimiyyət heç vaxt bu münaqişəni həll edə bilməz. Əgər biz xalqın səsini qazanaraq demokratik bir şəraitdə hakimiyyətə gəlsək, Qarabağ məsələsini çox yaxın bir zamanda həll etmək iqtidarındayıq. 90-ci illərin əvvəllərində hakimiyyətdə olduğumuz müddətdə həmin dövrün Ermənistan prezident Levan Petrasyanın özü açıqlama vermişdi ki, biz münaqişə ilə bağlı Azərbaycan hakimiyyəti ilə masa arxasında oturmağa hazırıq. Əgər həmin dövrdə qiyam olmasa idi, Qarabağ məsələsi çoxdan həll edilmişdi və bugünkü Azərbaycan indikindən 10 dəfələrlə daha öndə idi.” Sonda Qarabağ münaqişəsinin çözülməsinin mümkünlüyün qeyd edən Arzu Səmədbəyli, “bu münaqişə hər bir halda çözülməlidir. Təbii ki, çalışmalıyıq bütün bu məsələləri Azərbaycanın üstün mövqeyini ortalığa qoymaqla münaqişəni danışıqlar yolu ilə həll edək. Mənə elə gəlir ki, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması prosesi tükənməyib. Sadəcə olaraq, bugünkü iqtidar korrupsioner və rüşvətxor olduğuna görə, imkanları lazımınca həyata keçirə bilmir”, - deyə bildirdi. Geri qayıt |