Əsas Səhifə > Reklam > BAKCELL LOTEREYA QALİBİNƏ "MERCEDES-BENZ" VERDİ

BAKCELL LOTEREYA QALİBİNƏ "MERCEDES-BENZ" VERDİ


16-02-2012, 17:26
BAKCELL LOTEREYA QALİBİNƏ "MERCEDES-BENZ" VERDİ

MOBİL OPERATORUN KAMPANİYASINDA QALİB VAR

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti fevralın 15-də “Alıb yoxla, tapıb topla” lotereyasının qalibinə lotereyanın əsas prizini - Mercedes-Benz C 250 avtomobilini təqdim edib. Bu şanslı şəxs Tural Bağırov olub. Qalib Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş Münsiflər Heyətinin iştirakı ilə keçirilən lotereyada məlum olub.

Avtomobilin açarlarını qalibə təqdim edən Bakcell şirkətinin Baş kommerisya direktoru Krasimir Genov şirkətin müştəri məmnuniyyətinə ciddi önəm verdiyini deyib: “Bu cür kampaniyalar vasitəsilə biz abunəçilərimizə Bakcell-dən qiymətli hədiyyələr qazanmaq imkanını yaradırıq. Kampaniyalarımızın şəffaf keçirilməsi üçün bütün lazımi tədbirlər görülür. Biz abunəçilərimizə bildirmək istəyirdik ki, 2012-ci ildə bu cür kampaniyalar davam etdiriləcək”.

Lotereyanın qalibi Tural Bağırov belə bir şansın ona qismət olacağına inanmadığını deyib: “Qalib olacağım ağlıma belə gəlməzdi. Mən alıb yoxladım, tapıb topladım və qalib oldum. Bu şansı yaratdığı üçün Bakcell şirkətinə təşəkkür edirəm”.

Xatırladaq ki, “Alıb yoxla, tapıb topla” kampaniyası 10 dekabr 2011-ci il - 10 yanvar 2012-ci il tarixlərini əhatə edib. Kampaniyada iştirak edən Bakcell abunəçiləri həmçinin noutbuk, mobil telefon, iPad, iPod, USB modemləri və çoxsaylı ödəmə və internet kartı kimi hədiyyələr qazanıblar. Lotereyanın şərtlərinə görə, müxtəlif dəyərdə olan 4 Bakcell ödəmə kartını təqdim edən abunəçilər maşın uduşu üçün keçirilən lotereyada iştirak etmək hüququ qazanıblar.


Geri qayıt