Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAKIDA SAAKAŞVİLİYƏ ETİRAZ

BAKIDA SAAKAŞVİLİYƏ ETİRAZ


16-02-2012, 18:18
BAKIDA SAAKAŞVİLİYƏ ETİRAZ

GÜRCÜSTAN SƏFİRLİYİ ÖNÜNDƏ AKSİYA KEÇİRİLDİ (FOTO+QƏTNAMƏ)

16 fevral 2012-ci il tarixində saat 14:30-da 40-a yaxın gənc Gürcüstan səfirliyi önündə Gürcüstanda dəyişdirilmiş Türk kənd adları və Qardabani və Saqareco rayonunun kəndlərində torpaq islahatı prosesində soydaşlarımızın hüquqlarının bərpa olunması tələbilə etriaz aksiyası keçirilib.

DİA.AZ-a daxil olan məlumata görə, aksiyada “Rədd olsun separatizm”, “Yaşasın dostluq və qardaşlıq”, “Azərbaycan Gürcüstan dostluğunu pozan bizim düşmənimizdir”, “Gürcüstanda Borçalı Türk toponimləri bərpa olunsun”, “Gürcüstanda Borçalı Türklərinin torpaqları bərpa olunsun”, “Adımız haqqımızdır, haqqımızı qaytarın” və s. şüarlar səsləndirilib.

Daha sonra gənclərin hazırladığı qətnamə oxunmuş və səfirliyə təqdim olunub. Eyni zamanda səfirlik nümayəndələri təşəbbüs qrupunun üzvlərindən biri, “Borçalı” Cəmiyyəti Gənclər Təşkilatının İH-nin sədri Alı Adıgözəli qəbul edərək müxtəlif fikir mübadiləsi aparıblar.

16 fevral 2012-ci il tarixi saat 14:30-da Gürcüstanının
Azərbaycan səfirliyi qarşısında Gürcüstan vətəndaşı olan
Gənclərin keçirdiyi etiraz aksiyasının (piketin)

QƏTNAMƏSİ


Biz gənclərin məqsədi Azərbaycan və Gürcüstan dövlətləri, iki qardaş xalq arasında münasibətlərin daha da yaxşılaşdırılmasına, Gürcüstanda yaşayan Azərbaycanlıların Gürcüstan cəmiyyətinə qarşılıqlı inteqrasiya olunmasından ibarətdir. Biz etnik separatizmi qətiyyətlə lənətləyir, Gürcüstanı bölmək istəyənlərə qarşı mübarizə aparırıq.

Hal hazırda Gürcüstanda Borçalı türklərinin bir sıra problemləri var. Onlardan yüz illərlə tarixi olan bir sıra Borçalı türk kəndlərinin adlarının 1991-92-ci illərdə əsassız olaraq dəyişdirilməsi və torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması bu qəbildən olan problemlərdir. Fikrimizcə burada əsas məqsəd yeni etnik separatizm ocağı, Gürcü - Azərbaycan qarşıdurması yaratmaqdır.

BAKIDA SAAKAŞVİLİYƏ ETİRAZ

Artıq demokratik Gürcüstan qurulur. Zaman yetişmişdir. Bolnisi rayonunda 1991-92-ci illərdə Borçalı türk milli kimliyinə təcavüz olunmuş və bu tarixi ləkəni gürcü elitası –demokratları gürcü tarixindən silməlidirlər. Həmçinin son bir ilə yaxın bir müddətdir Qardabani və Saqareco (Qaraçöp) rayonunda torpaq islahatı adı altında yerli əhalinin yeganə dolanışıq yeri olan əkin və otlaq təyinatlı torpağın yerli əhalinin icarə müqaviləsi olmasına baxmayaraq, qəfil “işbazlar” tərəfindən əhalinin əlindən alınmasının yaratdığı problem həll olunmamış qalmaqdadır. Biz Gürcüstan siyasi hakimiyyətindən bu ədalətsizliklərə son qoyulmasını istəyirik!

BAKIDA SAAKAŞVİLİYƏ ETİRAZ

Biz bu qətnamədə 100 minlərin fikrini, yüzlərlə elm, incəsənət, mədəniyyət nümayəndələrinin, siyasi elitanın fikrini ifadə edirik. Bunları nəzərə almağınızı xahiş edirik. Gürcüstan hakimiyyətinə bu mövzuda dəfələrlə etirazılar müxtəlif formalarda verilib. Təəssüflər olsun ki, bu problemlər hələdə öz həllini tapmır. Biz ədalətin bərpasına inanır və Gürcüstan siyasi hakimiyyətindən tələb edirik:

BAKIDA SAAKAŞVİLİYƏ ETİRAZ

1. Gürcüstan siyasi hakimiyyəti demokratiya nümunəsi göstərərək soydaşlarımızın (Borçalı Türklərinin) hüquqlarına biganə olmasınlar.
2. Əsassız olaraq 1991-1992-ci illərdə, xüsusilə Bolnisi rayonunda dəyişdirilmiş kənd adlarının əvvəlki adları bərpa olunsun
3. Borçalı türklərinin torpaq problemi, xüsusilə son zamanlar Qardabani rayonu və Saqareco rayonunun kəndlərində torpaq islahatı prosesində soydaşlarımızın pozulan hüquqları bərpa olunsun!


BAKIDA SAAKAŞVİLİYƏ ETİRAZ


Geri qayıt