Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “SOYQIRIMLA BAĞLI SƏKKİZ STATUS HAZIRLANIB”
“SOYQIRIMLA BAĞLI SƏKKİZ STATUS HAZIRLANIB”16-02-2012, 18:41 |
QHT-LƏRİN XOCALI AKSİYASI DAVAM EDİR Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi, QHT Əməkdaşlıq Alyansı və Milli QHT Forumunun təşkilatçılığı, Qadın QHT Forumu, millət vəkilləri və digər koalisiyaların iştirakı ilə Xocalı Soyqırımının 20-ci ildönümü ilə bağlı QHT və mətbuat nümayəndələri üçün keçirilən tədbiri Alyansın əlaqələndiricisi Rufiz Qonaqov açaraq, tədbirin keçirilməsi zərurəti, bununla bağlı müvafiq İşçi Qrupunun gördüyü işlər haqqında məlumat verdi. Rufiz Qonaqov bildirdi ki, bu məsələ Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin təşəbbüsü və təklifi kimi digər QHT koalisiyaları ilə də birgə müzakirə edilmiş, bu faciənin gerçəkliklərinin dünyaya çatdırılması üçün xüsusi tədbirlər planı hazırlanmışdır. Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov bildirdi ki, Şura Qarabağ faciəsinin dünyaya çatdırılmasını hər zaman prioritet hesab edib. Ötən illərdə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında ciddi və əhəmiyyətli layihələr Şura tərəfindən dəstəklənib. Bu il də bu sıradan olan tədbirlər davam etdiriləcək. Fərasət Qurbanov daha sonra bildirib ki, QHT-lər bununla bağlı güclərini birləşdirməli və dünya ictimaiyyətinə geniş məlumat çatdırılmasında yeni metodlardan yararlanmalıdır. Dövlət Dəstəyi Şurasının, şəxsən Şuranın sədri, millət vəkili Azay Quliyevin mövqeyi budur ki, bu məsələlrdə QHT-lərə bütün köməkliklər göstərilsin, onlara dəstək verilsin. Eyni zamanda, Fərasət Qurbanov Azərbaycan həqiqətlərinin və Xocalı Soyqırımının dünyaya çatdırılmasında H.Əliyev Fondunun və onun rəhbəri, UNESCO və İSESCO-nun xoşməraml səfiri, millət vəkili Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd etdi. O bildirdi ki, H.Əliyev Fondu bu istiqamətdə xeyli işlər görmüş və Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırmışdır. Sonra Alyansın Şura üzvü Razi Nurullayev ötən müddət ərzində görülən işlərlə bağlı geniş məlumat verdi. Razi Nurullayev bildirdi ki, gerçəkləşdirilən internet aksiyada bir sıra nəticələrə nail olunub. Belə ki, Xocalı faciəsini əks etdirən poster Facebook və Tvitter şəbəkəsində 10 minlərlə istifadəçi profil şəklini tövsiyyə edilən posterlə əvəz edib. Hesablamalarımıza görə, aksiya nəticəsində 100,000-dən çox istifadəçi bu aksiyanı görüb və bu və ya digər şəkildə onu dəstəkləyib. İşlər təkcə bununla bitməyib. Soyqırımla bağlı səkkiz status hazırlanıb və paylaşılıb. Proses il ərzində davam etdiriləcək. Milli QHT Forumunu prezidenti Rauf Zeyni çıxış edərək bildirdi ki, Forum indiyə kimi bu istiqamətdə bir neçə layihə həyata keçirib. Tədbirlərimiz istər ölkə daxilində, istərsə də xarici dövlətlərdə keçirilib, bundan sonra da davam etdiriləcək. O, bildirib ki, Forum da bu məsələdə QHT-lərə imkanları çərçivəsində dəstək verməyə hazırdır. Daha sonra Alyansın Şura üzvü Rəfail Becanov çıxış edərək bildirdi ki, bu gerçəkliklərin dünyaya çatdırılması həm də ona görə önəmlidir ki, məhz Xocalının işğalından sonra Ermənistan və onun havadarları Qarabağın simvolu Şuşanı, alınmaz qala sayılan Ağdamı işğal etdi. Çünki ermənilər bilirdi ki, Xocalı Şuşaya dayaq, Ağdama sipərdir. Biz Xocalı faciəsini dünyaya çatdırmaqla, Qarabağın azad olunmasında diplomatiyamızın bu günkü qələbələrinin davamını sürətləndirəcəyik. Aksiyanın keçirilməsi üzrə işçi qrupun rəhbəri, Alyansın Şura üzvü Xanoğlan Əhmədov dedi ki, “Ermənilərin 20 il əvvəl Xocalıda törətdiklərini yalnız 1940-cı illərdə faşistlərin törətdikələri cinayətlərlə müqayisə etmək olar. Xocalı qətliamını törədənlər hərbi cinayətkar adlandırılmalı, cinayətkarlar Beynəlxalq Hərbi Tribunal tərəfindən cəzalandırılmalıdırlar”. Digər çıxışçılar da QHT-lərin bu kimi tədbirlərinin kampaniya deyil, silsilə xarakterli olmasını bildiriblər. Geri qayıt |