Əsas Səhifə > Partiya > RUHANİNİN HƏBSİ QANUNSUZDUR

RUHANİNİN HƏBSİ QANUNSUZDUR


17-02-2012, 13:06
RUHANİNİN HƏBSİ QANUNSUZDUR

"İNDİYƏ QƏDƏR ƏMİN ABBASOV İSTİNTAQDAN YAYINMAYIB"

Ruhani Seyyid Fəramiz Abbasovun oğlu Əmin Abbasov barəsində 1 ay həbs qəti-imkan tədbiri seçiblər. Bu barədə FaktXeber.com-a Əmin Abbasovun vəkili Mənsum Bayramov məlumat verib. “Baxmayaraq ki, sentyabr ayından etibarən istintaq gedirdi. İndiyə qədər hər hansı bir sübut olmayıb. Eyni halda bu günə qədər Əmin Abbasov istintaqdan yayınmayıb. Heç bir ehtiyac və lüzum olmadan Əmin Abbasov barəsində həbs qəti-imkan tədbiri seçilib.”,-deyə Mənsum Bayramov qeyd edib. Vəkil qeyd edib ki, ilk öncə rayon məhkəməsi həbs qəti-imkan tədbiri seçmədi, lakin sonradan zərəçəkmiş kimi çıxış edən şəxsin appelyasiya şikayətindən sonra, onun barəsində 1 aylıq həbs-qəti imkan tədbiri seçdilər. Hazırda istintaq işi yekunlaşaraq məhkəməyə göndərilib.

Bir neçə ay bundan öncə 11 il azadlıqdan məhrum edilən ruhani Seyyid Fəramiz Abbasovun oğlu Əmin Abbasov atasının üzünə yalandan şahid duran şəxsə qarşı zor tətbiq etməkdə təqsirli bilinir. Lakin yaxınlarının verdiyi məlumata görə, deyilən ittihamların hamısı yalandır.

Qeyd edək ki, Əmin Abbasov CM 127 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 222.1(xuliqanlıq) maddələri ilə ittiham olunur.


Geri qayıt