Əsas Səhifə > Güney Press, Araşdırma > MƏŞHUR KİNOREJİSSOR ERMƏNİLƏRİ İFŞA ETDİ
MƏŞHUR KİNOREJİSSOR ERMƏNİLƏRİ İFŞA ETDİ17-02-2012, 13:17 |
SPİLBERQİN UYDURMA SOYQIRIMLA İŞİ YOXDUR Məşhur amerikalı kino rejissoru Stiven Spilberqin (Steven Spielberg) uydurma “erməni soyqırımı”nın 100-cü ildönümü münasibətilə film çəkəcəyi haqda bəzi erməni saytlarının yaydığı xəbərlər təkzib olunub. APA-nın məlumatına görə, S. Spilberqin sözçüsü Marvin Levi (Marvin Levy) “Hürriyet” qəzetinə açıqlamasında belə bir layihələrinin olmadığını bəyan edib. M. Levi onlara bu cür film çəkmək üçün hər hansı müraciət daxil olmadığını da söyləyib: “Xəbərləri gördüm. Bu xəbərlər haradan çıxdı, bilmirəm. Belə bir layihə haqqında heç bir məlumatımız yoxdur. Kimsə bizə bu cür təkliflə müraciət etməyib. Biz bu cür film çəkməyə hazırlaşmırıq”. M. Levi S. Spilberqin adının hər zaman müxtəlif layihələrlə əlaqədar hallandırıldığını bildirib: “Bu, bizim başımıza tez-tez gəlir. İnsanlar nə zaman bir layihə düşünsələr, “Spilberqlə çalışsaq əla olar” deyirlər. Bizimlə əlaqə saxlayıb bu sualı verdiyinizə görə sizə təşəkkür edirəm. Çünki kimsə bizə zəng edib soruşmur. Sonra biz təkzib vermək məcburiyyətində qalırıq”. Jurnalist Türkiyədə Atatürk haqqındakı film layihələrində də tez-tez Spilberqin adının çəkildiyini xatırladıb. M. Levinin cavabı belə olub: “Bunu anlayıram. Hər layihədə Spilberqin adının gündəmə gəlməsi doğrudan da qəribədir, amma Atatürklə bağlı bunu deyə bilmərəm. Bu barədə Türkiyədən təklif almamışıq, lakin belə bir layihədə Spilberqin adının keçməsini anlamaq olar. Bilirsiniz ki, Stiven hazırda Linkoln haqqında film çəkir. Atatürk də sizin ən böyük milli qəhrəmanınızdır. Dünya onun haqqında çox şey bilməlidir. Bəlkə bir gün hansısa rejissor bu barədə film çəkər. Bu rejissorun Spilberq olmayacağını söyləyə bilmərəm”. Geri qayıt |