Əsas Səhifə > Üçüncü sektor > O CASUS İMİŞ?
O CASUS İMİŞ?17-02-2012, 13:20 |
BRİTANİYA XÜSUSI XİDMƏTİ MƏŞHUR AKTYORUN DOSYESİNİ HAZIRLAYIBMIŞ Britaniyanın M15 əks kəşfiyyat agentliyi kinoaktyor kommunizmə simpatiyada şübhəli bilinən Çarli Çaplinlə bağlı dosyeni açıqlayıb. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, fevralın 17-dən bu işlə Böyük Britaniyanın Milli Arxivində tanış olmaq mümkündür. Məlumatda qeyd edilir ki, London Çaplini Federal Təhqiqat Bürosunun xahişi ilə izləyib. Belə ki, Amerika xüsusi xidmət orqanları aktyorun ABŞ-a gəlməsini qadağan etmək istəyirdilər. Onları hətta Çaplinin SSRİ və Avropa kommunistləri ilə əlaqələri maraqlandırırdı. M15-in sənədlərində Çaplinin kommunizm lehinə bir sıra fikirləri öz əksini tapır. Belə ki, o, 1940-cı ildə bəyan edib ki, “kommunizmdə yaxşı şey çoxdur”. Bundan əlavə, aktyoru kinoaktryor və sovet cəsusu Ayvar Monteqyu ilə əlaqədə də şübhəli bilirdilər. Monteqyu bir dəfə Çaplinə vurduğu teleqramda qeyd edirdi ki, onu Londona səfəri zamanı görə bilmədiyindən peşmandır. FTX-nin xahişi ilə Britaniya kəşfiyyatı Çaplinin şəxsi həyatı ilə bağlı bir neçə məsələni də araşdırıb. Amerikalılar belə güman edirdilər ki, Çaplin Londonda yox, Fransada anadan olub və onun əsl adı İsrail Tornşteyndir. Amma bu versiya təsdiq olunmayıb. M15-in mütəxəssislərinin uzun illər apardıqları izləmə nəticəsində belə qənaətə gəliblər ki, Çaplinin ölkənin təhlükəsizliyi ilə bağlı heç bir hərəkəti olmayıb. Geri qayıt |