Əsas Səhifə > Dünya > “HAMI GEDİR MERSİNƏ”...

“HAMI GEDİR MERSİNƏ”...


20-02-2012, 12:28
“HAMI GEDİR MERSİNƏ”...

BƏŞƏR ƏSƏD DƏ GEDİR TƏRSİNƏ...

Xarici işlər naziri Əhməd Davudoğlu Meksikanın Los Cabos şəhərində keçirilən G-20 xarici işlər nazirləri qeyri-rəsmi toplantısında iştirak edib. Davudoğlu toplantıda və ikitərəfli görüşlərində Suriya mövzusunu gündəliyə gətirdiyini açıqlayıb.

Xarici işlər naziri TRT-yə verdiyi açıqlamada BMT Təhlükəsizlik Şurasındakı tıxanmanın Suriyada daha çox ölümlərə səbəb olan mərhələni başlatdığını deyib: "Çünki beynəlxalq birliyin hərəkətə keçməyəcəyi qənaəti ortaya çıxınca iqtidar daha qanlı əməliyyatlar həyata keçirməyə başladı".

Davudoğlu Əsad rejiminin ölkədən qaçışlara mane olmaq üçün sərhədlərə mina döşətdiyinə dair iddialara da münasibət bildirib. Türkiyənin xarici işlər naziri qeyd edib ki, Suriyanı açıq hava həbsxanasına çevirmək rejimin yol verdiyi ən böyük səhv olar: "Suriyalıların da bütün dünya ilə əlaqə qura biləcəyi, dünyaya çıxa biləcəyi yeni yanaşma lazımdır. Təəssüf ki, mövcud rejim bunu anlamamaqda israr edir".


Geri qayıt