Əsas Səhifə > Partiya > İSLAM PARTİYASI ANIM MƏRASİMİNƏ HAZIRLAŞIR

İSLAM PARTİYASI ANIM MƏRASİMİNƏ HAZIRLAŞIR


20-02-2012, 12:34
İSLAM PARTİYASI ANIM MƏRASİMİNƏ HAZIRLAŞIR

AİP-ÇİLƏR ZİYARƏTƏ GEDƏCƏK

AİP mətbuat xidmətindən verilən məlumata görə, anım mərasimində Xocalı faciəsi haqqında məlumat veriləcək və qanlı hadisənin tarixi mahiyyəti, eyni zamanda gənclərə ötürülməsi barədə fikir mübadiləsi aparılacaq. Sonra Xətai Rayonunda yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunacaq.

Qeyd edək ki, 1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründəən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim şəhərlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli vəən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalışəhərinə hücum etmişlər. Əvvəlcəşəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzindəşəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar.

Cinayətkar erməni quldurlarının vəhşiliyi nəticəsində Xocalıəhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir.


Geri qayıt