Əsas Səhifə > Üçüncü sektor > ƏSİR ƏSGƏRİMİZƏ BAŞ ÇƏKİBLƏR
ƏSİR ƏSGƏRİMİZƏ BAŞ ÇƏKİBLƏR20-02-2012, 13:10 |
MƏMMƏDBAĞIR AXUNDZADƏ İLƏ GÖRÜŞ 1 HƏFTƏ ƏVVƏL OLUB Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri fevralın 14-də Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib. Geri qayıt |