Əsas Səhifə > Partiya > “SİZİNLƏ BİRLİKDƏ OLDUĞUM ÜÇÜN QÜRUR DUYURAM”
“SİZİNLƏ BİRLİKDƏ OLDUĞUM ÜÇÜN QÜRUR DUYURAM”20-02-2012, 16:21 |
ARİF HACILI İSA QƏMBƏRƏ SƏSLƏNDİ Məhbus müsavatçı Arif Hacılı partiya başqanı İsa Qəmbərə təbrik məktubu göndərib. “Media forum” saytının məlumatına görə, məktubda deyilir: “Əziz İsa bəy, hörmətli başqan! Sizi doğum gününüz, 55 yaşınızın tamam olması münasibətilə ürəkdən təbrik edirəm. Sizin həm insan, həm də siyasətçi kimi həyat yolunuz hər kəsə örnək olmağa layiqdir. Dünyanın ən nəhəng imperiyalarından birinin istilası altında olan xalqın milli azadlıq hərəkatının əsas liderlərindən olmaq, dövlətin müstəqilliyi, xalqın azadlığı uğrunda uzun illər dəyanətlə mübarizə aparmaq, bu mübarizəyə rəhbərlik etmək hamıya nəsib olan xoşbəxtlik deyil. Bir dəfə Azərbaycan parlamenti, bir dəfə isə bütün Azərbaycan xalqı sizə ölkəmizə rəhbərlik etmək səlahiyyətlərini etibar edib. Məmməd Əmin Rəsulzadənin öz silahdaşları ilə yaratdığı Müsavat Partiyasının bərpa olunaraq ölkənin ən ciddi siyasi qüvvələrindən birinə, dövlətimizin və xalqımızın mənafeləri uğrunda mübarizə aparan əsas təşkilata çevrilməsində sizin xidmətləriniz misilsizdir. Əminəm ki, tarixi şəxsiyyət olaraq həyatınızın ən mühüm dövrü hələ irəlidədir. Xalqımız yaxın onilliklər ərzində sizin uğurlu, yorulmaz fəaliyyətinizin nəticələrindən bəhrələnəcək. İstərdim biləsiniz ki, həyatımın ən mühüm hissələrindən birini sizinlə silahdaş, dost olaraq yaşadığım, dövlətimizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda mübarizədə sizinlə birlikdə olduğum üçün qürur duyuram”. İsa Qəmbər 1957-ci il fevralın 24-də anadan olub. Geri qayıt |