Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BLOQOSFERƏ QARŞI "QASTRONOMİYA TERRORU"

BLOQOSFERƏ QARŞI "QASTRONOMİYA TERRORU"


21-02-2012, 12:26
BLOQOSFERƏ QARŞI "QASTRONOMİYA TERRORU"

VƏ YAXUD YAP HAKİMİYYƏTİNİN VİRTUAL MƏKAN SİYASƏTİ

Azərbaycan hakimiyyəti rusdilli bloqosferin aparıcı nümayəndələrinə qonaqpərvər münasibət göstərməyə can ataraq onlardan öz fəaliyyəti haqqında maksimum müsbət reportaj almağa çalışır. Metodlar isə köhnədir - qonaq dəvət olunur, spesifik Qafqaz qonaqpərvərliyinə uyğun olaraq yedizdirilir. Postsovet məkanında blogerlərə qarşı "qastronomiya terroru" çox zaman mümkün olur - son bir il yarımda hesab 2:2-dir.

2010-cu ilin yayında dizayner, fotopublisist, "Jivoy Jurnal"ın populyarlıq siyahısında üçüncü olan Artemi Lebedev bura gələndə onu "şərq qonaqpərvərliyinin" qaydalarına görə qəbul etmək məmurların ağlına gəlməmişdi. Nəticədə təxminən 100 min rusdilli oxucunun diqqətinə Bakı və ölkənin əyalətləri haqqında lazımi "çəhrayı" fotoreportajlar təqdim olunmadı tema.ru/travel/kavkazetnoexp-3/ və tema.ru/travel/kavkazetnoexp-4/. Onun humanitar təhsilli ailədə (professor və yazıçı) böyüməsi də göstərirdi ki, o, "təamlar"a satılmazdı.

Beləliklə, bloqosferin digər nümayəndələrinın dəvət edilməsi və qəbul olunması siyasəti barədə düşünmək lazım gəldi. Nəticədə JJ-nin populyarlıq siyahısında dördüncü olan Sergey Dolya və ukraynalı peşəkar fotoqraf Aleksandr Çeban ötən ilin noyabrında Azərbaycana gəldilər. Onları yerli jurnalist, səyahətçi Azər Qərib müşayiət edirdi. Təbii ki, ətrafda onları dəyərləndirən mühit yaradılmışdı. Nəticədə yerli İnternet nəşrlərində Çebanın peşəkar təəssüratları (üstəgəl işarəsi ilə) alexcheban.livejournal.com/tag/azerbaijan və Dolinin neytral fotohesabatı sergeydolya.livejournal.com/393663.html#cutid1 yer aldı.

Dünən daha bir müəllifin (JJ-də 6-cı yer) İlya Varlamovun səfəri başa çatıb. Onu yerli jurnalistikanın nəzakətli nümayəndələri qarşılayıblar və müşayiət ediblər. Lakin ya son vaxtlar bu blogerin adı "Naşi" hərəkatı ilə assosiasiya olunduğundan və onun zəhlətökən damğadan qurtulmaq istəyindən, yaxud da ondan istifadə etmək və totalitar oğru hakimiyyətin xidmətçiləri sırasında daxil etmək istədiklərini başa düşdüyündən bəzi qaçılmaz məqamlar baş verdi.

JJ-də üç reportaj verildi. zyalt.livejournal.com/#post-zyalt-522297, zyalt.livejournal.com/#post-zyalt-522689 və zyalt.livejournal.com/#post-zyalt-523036.

Bu gün axşama gözlənilən sorğuda Azərbaycan vətəndaşlarının ölkə, idarəetmə metodları haqqında fikirləri yer alacaq.

JJ Azərbaycanın rifahı, firavan həyat barədə məlumatsız əcnəbilərə yalan bilgi ötürən rusdilli KİV-in yeganə seqmenti deyil. Burada müntəzəm olaraq hökumət informasiya agentliklərinin, RF telekanallarının, həmçinin bu ölkələrin populyar qəzetlərinin nümayəndələri olur.

Blogerlərin dəvət edilməsi hakim ailə komandasının siyasi texnologiyasında yeni sözdür. Xaricilərə pul xərcləyən, öz blogerlərinə isə nifrət bəsləyən, bəzən həbsxanaya saldıran Əliyevlər nəyə nail olmaq istəyir? Nəzərə alırlarmı ki, bloger redaksiyaya tabe deyil, yalnız öz əhval-ruhiyyəsindən asılı olaraq çalışır? Bəlkə də düşünürlər ki, ağıllı adam bir şiş kababa görə öz humanist prinsiplərini və ümumbəşəri dəyərləri sata bilər?

TURAN

Geri qayıt