Əsas Səhifə > Dünya > YAPONİYADA DƏHŞƏTLİ ZƏLZƏLƏ GÖZLƏNİLİR
YAPONİYADA DƏHŞƏTLİ ZƏLZƏLƏ GÖZLƏNİLİR21-02-2012, 12:39 |
TOKİODA ƏLAVƏ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ GÖRÜLÜR MIGnews.com saytı xəbər verir ki, buna səbəb mütəxəssislərin ölkədə əvvəllər proqnozlaşdırılandan daha güclü və dağıdıcı zəlzələnin baş verə biləcəyini müəyyənləşdirmələridir. Maarifləndirmə, mədəniyyət, idman, elm və texnologiyalar naziri Xirofumi Xirano bildirib ki, seysmoloqların əldə etdikləri son məlumatlar Tokionun şimal hissəsində son dərəcə dağıdıcı zəlzələnin ola biləcəyini göstərib. O, bununla əlaqədar martın əvvəlində hökumətin rəsmi açıqlamasının olacağını söyləyib. Mütəxəssislər gözlənilən zəlzələnin episentrinin əvvəllər proqnozlaşdırıldığı kimi, 30-40 klometr yox, cəmi 10 kilometr dərinlikdə olacağını bildirirlər. Bu isə təkanların daha dağıdıcı olacağı anlamına gəlir. Seysmoloqlar baş verə biləcək zəlzələnin ən azı 7,3 bal gücündə olacağını ehtimal edirlər. Onlar bildirirlər ki, bu, ən pis halda 11 min insanın ölümünə, 850 minədək tikilinin dağılmasına səbəb ola bilər. Geri qayıt |