Əsas Səhifə > Sosial, Manşet > «EUROVİSİON-2012»-NİN ARDINCA YENİ MAXİNASİYA

«EUROVİSİON-2012»-NİN ARDINCA YENİ MAXİNASİYA


21-02-2012, 12:46
«EUROVİSİON-2012»-NİN ARDINCA YENİ MAXİNASİYA

RƏSMİ BAKININ 2020-Cİ İL İDDİASININ ARXASINDAKI MÜBHƏM MƏQAMLAR

DİA.AZ: - Azərbaycan 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Bununla növbəti möhtəbər bir yarışa ev sahibliyi etmək iddiasını meydana qoyub. Artıq salınacaq olimpiyada şəhərciyinin yeri də müəyyənləşdirib. «Azərnetfyağ» Neft Emalı Zavodunun ərazisində olimiya şəhərciyi tikiləcəyi deyilir. Ötən saylarımızda bu ilin may ayından etibarən Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərneftyağ» neft emalı zavodundan bir neçə istehsalat avadanlığının Heydər Əliyev Neft Emalı Zavoduna köçürülməsinə başlanacağı haqda məlumat vermişdik.

«Eurovision-2012»-nin ardınca olimpiya məsələsinin ortaya atılması paytaxt sakinlərində ciddi təşviş yaradıb. Çünki beynəlxalq mahnı yarışmasına hazırlıq dövründə Bakı sakinləri bu günəqədər görmədiklrəi qanusuzluq və məmur özbaşınalığı ilə üzləşiblər. Beynəlxalq müsabiə üçün minlərlə insanın mülkiyyət hüququ kobud şəkildə pozulursa, evindən küçəyə atılırsa, yüzlərlər sahibkarın obyekti dağıdılırsa, tarixi abidələr yerlə-yeksan edilirsə dünya masştablı bir yarışda paytaxt sakinlərini nələr gözləyəcəyini təxmin etmək çətin deyil. Hazırda söküntü paytaxtın mərkəzində baş verirsə, gələcəkdə bu, Bakı ətrafını əhatə edəcək. Bakının ətrafında məskunlaşanlar isə, əsasən, kasıb təbəqədir. Əksəriyyətinin evləri sənədsizdir. Əgər Bakının namizədliyi qəbul edilərsə, o zaman əhali yeni «hücum»a hazır olmalıdır.

Amma rəsmi Bakının dünyaya səs salacaq beynəlxalq tədbirlərə ev sahibliyi etməsində iqtisadi deyil, siyasi prinsiplər əsas rol oynayır. Doğrudur, Bakını beynəlxalq tədbirlərin mərkəzinə çevirməklə iqtisadi maraqları da güdülür. Bir tərəfdən ölkəni dünyaya tanıtmaq istəyi olsa da, digər tərəfdən indiki siyasi hakimiyyətin ambisiyaları göz önündədir. «Eurovizion» yarışmasına hazırlığın hansı böyük xərclər hesabına başa gəldiyini hər kəs görür. Şəhərin bir formaya salınması üçün böyük xərclər çəkilir, işlərin nə dərəcədə dayanacaqlı olması qeyri-müəyyəndir. Ona görə də, 2020-ci ilə kimi Bakının yarışa hazır olub-olmayacağı sual altındadır. Hər bir dövlət belə tədbirlərə ev sahibliyi etmək istəyər. Lakin buna hazır olmaq lazımdır. Böyük layihələrin hazırlığı altında böyük də vəsaitlər mənimsənilir. İndiki korrupsiya bataqlığında belə canfəşanlığın əsas məqsədlərindən biri də neft pullarının xərclənməsi və öz faydalarını güdməkdən irəli gəlir.

Həmçinin olimpiyada kimi oyunlarda əsas amillərdən biri də ölkənin dünyaya nə qədər açıq olmasıdır. Azərbaycan beynəlxalq aləmə açıq ölkə sayılmır. «Eurovision»la bağlı viza rejiminin sadələşdirilməsi gözlənilsə də, gözləntilər özünü tam doğrultmadı. Qapıların yalnız tədbirə gələnlər üçün qısa müddətdə açıq elan olunduğu məlum oldu. Ölkənin gömrük-keçid məntəqələrində, müxtəlif dövlət qurumlarında olan korrupsiya halları Azərbaycanın böyük tədbirlərə hazır olmadığını göstərir. Həm idarətemdəki, həm də infrastrukturdakı çatışmazlıqlar bəzən bu cür təbliğat xarakterli işlər anti-təbliğat vasitəsinə çevrilə bilər.


Geri qayıt