Əsas Səhifə > Gündəm, Manşet > QƏRİB MƏMMƏDOVUN YENİ İDDİASI
QƏRİB MƏMMƏDOVUN YENİ İDDİASI21-02-2012, 12:53 |
KOMİTƏ SƏDRİ İNDİ DƏ KTN ŞEFİ İSMƏT ABBASOVUN POSTUNA GÖZ DİKİB DİA.AZ: - Kənd təsərrüfatı naziri İsmət Abasovun vəziyyətinin ağır olduğu və yaxın vaxtlarda vəzifəsilə vidalaşacağına dair əldə etdiyimiz ən yeni məlumatları diqqətinizə çatdırmışdıq. Bu günlərdə isə məlum oldu ki, yaranmış vəziyyətdən istifadə edən məmurlardan biri kənd təsərrüfatı naziri postu uğrunda ciddi savaşa başlayıb. Məhz elə buna görə də həmin şəxs İ.Abasovun yerinə gələ bilməkdən ötrü əlində olan bütün rıçaqlardan istifadə edir. Məsələ ilə bağlı “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) məlumat verən mənbənin sözlərinə görə, İ.Abasov adıçəkilən nazirliyə təyin olunduqdan sonra əksər məmurların bu sahəyə olan marağı birə-beş artıb. Yəni, son illər kənd təsərüfatının inkişafı proqramının reallaşması, digər tərəfdən fermer təsərrüfatlarının gəlirli sahəyə çevrilməsi, başqa bir tərəfdən isə dövlət və beynəlxalq təşkilatlar tərəfindən ciddi kreditlərin ayrılması Kənd Təsərrüfatı Nazirliyində ciddi canlanmaya səbəb olduğundan artıq İ.Abasovun yerinə keçmək istəyənlərin sayı artıb. Əgər öncələr fermer təsərüfatlarının yaradılması bir neçə şəxsin nəzarətində idisə də, bu gün vəziyyət tamam fərqlidir. Odur ki, son illər bu sahəyə maraq artdığından bir çox gəlirli təsərrüfatlar yaradılmaqdadır. Həmçinin, dövlətin təsərrüfatla məşğul olanlara yardım üçün vəsait ayırması faktı, Fermer Təsərrüfatlarına Yardım Agentliyinin ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyinə verilməsi də diqqətdən yayınmayıb. Elə buna görə də son zamanlar İ.Abasovun başının üstünü qara buludlar alıb. İş o yerə çatıb ki, bir müddət öncəyə kimi kənd təsərrüfatı nazirinə himayədarlıq edən şəxslər belə, ondan əllərini çəkmək qərarına gəliblər. Bu səbəbdən də İ.Abasovun nəzarətində olan şərabçılıq sahəsi də onun əlindən alınmaq üzrədir. Heç vaxt siyasi proseslərə qatılmamağa çalışan İ.Abasov isə yaranmış vəziyyətdən itkisiz çıxmaq üçün özünəməxsus tərzdə manevrlər etməyi planlaşdırır. Lakin onun bütün cəhdləri boşa çıxıb. Bununla bağlı əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov var gücü ilə kənd təsərrüfatı naziri olmaq istəyir. Belə ki, İ.Abasovun vəziyyətinin ağır olduğundan xəbər tutan Q.Məmmədov əlaqələrini işə salaraq İ.Abasovun yerinə gəlməkdən ötrü ciddi fəaliyyətə başlayıb. Mənbə iddia edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri nəyin bahasına olursa-olsun kənd təsərrüfatı naziri postuna yiyələnməkdə israrlıdır. Hətta onun məqsədinə çatmaqdan ötrü İ.Abasov barəsində kompramat topladığı da bildirilir. Görünür, Q.Məmmədov İ.Abasovun mövqelərini zəiflətmək, təsir dairəsini daraltmaqla onun vaxtından əvvəl istefaya göndərilməsinə çalışır. Mənbənin sözlərindən belə aydın olur ki, Q.Məmmədov yaxın ətrafına istəyini açıq şəkildə bəyan edib. Və artıq bu istiqamətdə gizlin deyil, məhz açıq mübarizəyə başlayıb. Odur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri kənd təsərrüfatı naziri barəsində əldə olunmuş materialları qarşı tərəfi zəiflətmək üçün müxtəlif yollarla lazımi instansiyalara çatdırılmasına göstəriş verib. Əgər belə davam edərsə, o zaman bu ilin may-iyun aylarına kimi Q.Məmmədov İ.Abasov üzərində mütləq qələbəsini bayram edəcək. Geri qayıt |