Əsas Səhifə > Güney Press, Araşdırma > JMK YENƏ DƏ HAKİMİYYƏTİ “VURDU”

JMK YENƏ DƏ HAKİMİYYƏTİ “VURDU”


21-02-2012, 12:58
JMK YENƏ DƏ HAKİMİYYƏTİ “VURDU”

“HAKİMİYYƏT KİV-DƏ TƏNQİDƏ DÖZÜMSÜZLÜK NÜMAYİŞ ETDİRİR”

NyuYorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi bu gün “Mətbuata hücüm” adlı illik icmalını açıqlayıb. Sənəddə dünyada hüquq pozuntuları ilə bağlı ciddi tendensiyalar əksini tapıb.

“Siyasi etirazların, ekoloji fəlakətlərin və digər hadisələrin effektiv işıqlandırılması informasiya senzurası şəraitində mümkün deyil”, - JMK-nin icraçı direktoru Coel Saymon bildirib. “İnformasiya qlobalizasiyası əsrində senzura insan haqlarının transmilli pozuntusu hesab olunur”.

JMK-nın məlumatına görə, Avropada və Şərqi Asiyada avtoritar dövlətlər özlərini daha cəsarətli aparırlar, nəinki mətbuat azadlığı haqqında bəyan edilmiş standartlardan geri çəkilən bəzi qərb dövlətləri.

“Mətbuata hücum” illik nəşr JMK ekspertlərinin hazırladıqları analitik materialları və 100-dən çox ölkədə mətbuatın işinin vəziyyətinə dair icmalı, həmçinin mətbuat azadlığının pozulmasına dair regional məlumatları oxuculara təqdim edir. İcmalda ayrı-ayrı işlə üzrə informasiya və 2011-ci ildə jurnalistlərin qətli (46) və həbs cəzası (179) üzrə statistika dərc edilib.

Azərbaycana aid bölmədə deyilir ki, “Eurovision” mahnı müsabiqəsinə hazırlıq ərəfəsində ölkə hakimiyyəti KİV-də tənqidə qarşı dözümsüzlük nümayiş etdirməkdə davam edib.

Uydurma ittihamla həbs olunan Eynulla Fətullayev dörd ildən sonra azadlığa çıxıb. O, Avropa İnsan Haqları Məhkəməsi onun həbsini tələb etdikdən sonra azadlığa buraxılıb.

Həssas mövzuları işıqlandıran azərbaycanlı jurnalistlərə hücumlar cəzasız qalır. Publisist Rafiq Tağı islam və hökumət haqqında tənqidi yazı yazdığına görə Bakıda küçədə hücuma məruz qalıb və aldığı bıçaq yarasından həlak olub.

The Washington Post və The New York Times üçün yazan amerikalı jurnalist Amanda Erikson, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun britaniyalı əməkdaşı Siliya Devis iyunda Bakıdakı çoxmənzilli evlərinin yaxınlığında hücuma məruz qalıblar. Müxalifətdə olan “Azadlıq” qəzetinin əməkdaşları Ramin Deko və Seymur Həziyev yazın əvvəlində döyülüblər. Sentyabrda Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun jurnalisti İdrak Abbasovun evinə hücum olub. Hücum edənlərin şəxsiyyəti müəyyən edilməyib.

Müstəqil “Xural” qəzetinin əməkdaşı ilin sonunda əsassız ittihamla həbs olunub.

2011-ci ildə xarici jurnalistlərə qarşı düşmənçiliyin artdığı müşahidə olunub: insan haqlarına dair sənədli film çəkən İsveç televiziyasının üzvləri ölkədən çıxarılıblar; erməni mənşəli olduğuna görə bir fotomüxbirin ölkəyə gəlişi qadağan olunub.

Ölkə boyunca yayımlanan doqquz televiziya stansiyasından yalnız ANS TV müstəqil olub. Digər stansiyalar birbaşa dövlətə məxsus olub və ya administrasiyaya loyal şəxslərin nəzarətində olub. Öz redaksiya siyasətinə görə ANS ildən-ilə dəfələrlə senzura obyektinə çevrilməli olub.

2000-ci ildə Çeçenistanın səhra komandiri Şamil Basayevlə müsahibə efirə getməzdən 15 dəqiqə əvvəl hakimiyyət ANS-in elektrik enerjisini kəsib.

2006-cı ilin sonunda hökumət ANS telekanalını iki həftəliyə bağlayıb. Hakimiyyət şirkətin KİV haqqında qanunu pozduğunu və cəriməni ödəməyini bəhanə gətirərək telekanalın ofisini möhürləyib, avadanlığı müsadirə edib.

2007-ci ildə siyasi səbəblərlə lisenziyası beş ay müddətinə dayandırıldıqdan sonra ANS öz reportajlarının tənqidi tonunu bir qədər yumşaltmağa məcbur olub.

2010-cu ildə ANS-ə qarşı siyasi motivli vergi yoxlaması aparılıb. Buna telekanalın parlament seçkilərində səsvermə zamanı baş vermiş maxinasiyalar barədə məlumat verməsi səbəb olub.


Geri qayıt