Əsas Səhifə > Partiya > ƏHƏD MƏMMƏDLİ BARƏDƏ QƏRAR DƏYİŞMƏDİ
ƏHƏD MƏMMƏDLİ BARƏDƏ QƏRAR DƏYİŞMƏDİ21-02-2012, 13:18 |
ALİ MƏHKƏMƏ MÜSAVATÇI GƏNCİ HƏBSDƏ SAXLADI Fevralın 21-də Ali Məhkəmə Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini, 2 aprel məhbusu Əhəd Məmmədlinin kassasiya şikayətinə baxıb. “Media forum” saytına açıqlama verən vəkil Yalçın İmanov deyib ki, hakim Fərhad Kərimov şikayəti təmin etməyib. Müsavatçı gənc məhkəmədən bəraət istəyirdi. Əhəd Məmmədli müxalif İctimai Palatanın ötən il aprelin 2-də Bakıda keçirdiyi etiraz aksiyasına görə 3 il müddətinə azadlıqdan məhrum olunub. “Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı onu vicdan məhbusu kimi tanıyır. Geri qayıt |