Əsas Səhifə > Şou-biznes > "ƏRİMİ SEVMİRDİM..."

"ƏRİMİ SEVMİRDİM..."


21-02-2012, 13:21
"ƏRİMİ SEVMİRDİM..."

“YALNIZ ÖVLADLARIMA GÖRƏ YAŞAYIRAM”

Əməkdar artist Firuzə İbadova yerli telekanallardan birinə açıqlamasında şəxsi həyatı haqda danışıb.

Məlumata görə, o, həyatında cəmi bir dəfə sevdiyini və həmin sevgisini bu günədək unuda bilmədiyini bildirib.

"Məhz bu səbəbdən gec ailə qurdum. Onu unudacağıma ümid edirdim. Ərimi sevmirdim. Nikahım uğursuz idi. Ailənin bütün ağırlıqlarını tək daşımaqdan yorulsam da, yalnız övladlarıma görə yaşayıram", - deyə ifaçı qeyd edib.


Geri qayıt