Əsas Səhifə > Şou-biznes > AŞIQ SAMİRƏ SƏNƏTİNDƏ YENİLİK EDƏCƏK
AŞIQ SAMİRƏ SƏNƏTİNDƏ YENİLİK EDƏCƏK21-02-2012, 13:24 |
ANA OLMAĞA HAZIRLAŞAN SƏNƏTÇİ HƏMKARLARINI YARIŞA ÇAĞIRDI O, folklorumuzun bir incisi olan aşıq sənəti haqqında maraqlı layihə hazırlayır. Müğənni Milli.Az-a bildirib ki, qismət olsa, bu layihəni yaxın bir ayda təqdim edəcək, tamamlaya bilməsə, may ayından sonra, yəni övladını dünyaya gətirəndən bir müddət sonra ictimaiyyətə tanıdacaq. Ana olmağa hazırlaşan sənətçi ilə söhbətdən bəlli oldu ki, bu durumu ona mane olmur, əksinə, stimul yaradır: "Səhhətim imkan verəcəyi təqdirdə 8 ayın tamamına qədər yaradıcılıq işlərimə vaxt ayıracam. Eyni zamanda, aşıq musiqisinə həsr etdiyim maraqlı layihəmi başa çatdırmalıyam. Bu, aşıq sənətində böyük yenilik olacaq. İctimaiyyət bəzən məni müasir mahnıların ifaçısı kimi dinləsə də, aşıq sənətinə, milli folklorumuza söykənən bir layihə olacaq. Bu, tək mənim ifamda hazırlanan bir işdir. Amma üzərində böyük heyət çalışır. Onu da qeyd edim ki, layihənin həllinə bir neçə gün qalanda mətbuat konfransı keçirib, öncə KİV nümayəndələrini məlumatlandıracam". Sənətçi layihəsi ətrafında müxtəlif yanaşmaların olacağını indidən gözləyir. Son vaxtlar aşıqların reytinq xatirinə qalmaqal yaratdığını diqqətə çatdıran Samirə bundan sığortalanmağın çətin olduğunu bildirdi. "Kaş ki senzura olardı, hər adam aşıq sənətinə, ifaçısına kölgə salan fikir söyləməzdi. Söhbət nüfuzunu qoruyan, peşəkar aşıqdan gedir. Azad zəmanədir deyə, kim nə istəyir, yerli-yersiz danışır. Mən aşığa ucuz qalmaqalı yaraşdırmıram. Unutmamalıyıq ki, aşıq xeyir-dua verən, öndə gedən olub", - deyən Samirə xatırlatdı ki, son illər estrada ulduzları da əbəs yerdən repertuarlarına aşıq musiqiləri daxil etmirlər. O, həmkarlarını söz yarışına deyil, sənət yarışına dəvət etdiyini bildirdi. Geri qayıt |