Əsas Səhifə > Şou-biznes > “ONLAR ÖZ SİBEL CANLARINA, EBRU GÜNDEŞLƏRİNƏ ÜSTÜNLÜK VERİRLƏR”

“ONLAR ÖZ SİBEL CANLARINA, EBRU GÜNDEŞLƏRİNƏ ÜSTÜNLÜK VERİRLƏR”


22-02-2012, 13:18
“ONLAR ÖZ SİBEL CANLARINA, EBRU GÜNDEŞLƏRİNƏ ÜSTÜNLÜK VERİRLƏR”

“MAKSİMUM 1 AY GÜNDƏMDƏ QALACAQLAR”

Azərbaycanın populyar prodüserlərindən olan Təranə Səmədova həmkarı Tolikin "1 nömrəli prodüser" sayılmasına, həmçinin azərbaycanlı müğənnilərin xaricdə tanınmaq sevdasına münasibət bildirib.

Təranə Day.Az saytına müsahibəsində Röyanın artıq beş ildir, Kənanla işlədiyini xatırladıb: "Tolik lazımi anda Röyanın yanında olduğu üçün populyarlıq qazanıb. Həmin vaxt Röyanın yanında Tolik yox, Xeyransa da olsaydı, populyarlaşacaqdı".

Təranə Azərbaycan ifaçılarının xarici şou-biznesə can atmalarına da münasibət bildirib. O, hesab edir ki, Aygün Kazımova və ya Brilliant Dadaşova hətta milyonlar xərcləsələr belə, buna nail olmayacaqlar:

"Maksimum 1 ay gündəmdə qalacaqlar. Bundan sonra isə heç kimin yadına düşməyəcəklər. İnanın ki, Türkiyədə, Qırğızıstanda, Gürcüstanda bizim qədər qonaqpərvər deyillər. Türkiyə şou-biznesində ifaçılar eqoistdir və kənar şəxsi yaxın buraxmırlar. İfaçılarımızdan hansınınsa Türkiyədə albom buraxacağı təqdirdə belə, onun satılacağına inanmıram. Onlar öz Sibel Canlarına, Ebru Gündeşlərinə üstünlük verirlər".

T.Səmədova Azərbaycan şou-biznesində "brend" hesab etdiyi şəxslərin adını da çəkib: "Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Faiq Ağayev, Röya... Beşinci yerə isə bir çox müğənniləri qoymaq olar".

Geri qayıt