Əsas Səhifə > Gündəm, Manşet > EYNULLA FƏTULLAYEVLƏ BAĞLI ŞOK FAKT
EYNULLA FƏTULLAYEVLƏ BAĞLI ŞOK FAKT22-02-2012, 13:40 |
«ETİRAF EDƏN» CƏBHƏÇİNİ KEÇMİŞ SİYASİ MƏHBUS YOLA GƏTİRİB DİA.AZ: - Bir zamanlar müxalifət mətbuatı tərəfindən az qala «MİLLİ QƏHRƏMAN» kimi təqdim edilən və hətta adı Qərbin Azərbaycan dövlətinə təzyiqlərinin başında gələn «Gündəlik Azərbaycan» qəzetinin sabiq baş redaktoru, keçmiş siyasi məhbus, indiki hüquq-müdafiəçisi Eynulla Fətullayevlə bağlı ilginc məlumatlar əldə etmişik. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) QHT sektorundakı qaynaqlardan sızan informasiyadan aydın olur ki, sən demə, Eynulla Fətullayevdən müxalifət düşərgəsinin və onun keçmiş qələm yoldaşlarının imtinası boşundan deyilmiş. Bildirək ki, Fətullayevin mövqe dəyişməsi elə ilk günlərdən hiss olunmağa başladı. Hüquq-müdafiəçisi qismində özünün ilk debütü ilə daha çox penitensiar xidmət rəhbərliyinin maraqlarını ifadə etdiyini açıq-aşkar ortaya qoyan keçmiş siyasi məhbus hətta hazırda siyasi məhbus hesab olunan 2 aprel məhbuslarının narazılıqlarını belə yalanlamağa çalışdı ki, bunlar da əbəs deyilmiş. Bu barədə məlumatı verən mənbə ida edir ki, artıq Eynulla Fətullayev müxalif cameə üçün itirilmiş fiqurdur: «Əslində onun heç bir zaman müxalifətə aidiyyatı olmayıb. Keçdiyi yola nəzər salanda da aydın şəkildə görmək olur ki, Fətullayev üçün daha çox şəxsi maraqları öndədir. Və o, bu maraqları naminə hətta ən yaxın adamlarını belə alətə çevirməyə hazırdır». Mənbəmiz zamanında Eynulla Fətullayevin yaxın silahdaşı olmuş Natiq Cavadlının əsəbi açıqlamalarını da anladığını bildirir: «Natiq Cavadlı bildirir ki, «bu dəftər çoxdan qapanıb». Onu anlamaq olar. Çünki Eynulla Fətullayev bu gün hakimiyyətin gizli dairələrinin nümayəndəsi kimi həbsxanalarda iş aparır». Mənbəmiz bu məqamda əksəriyyətdə şok effekti yaradacaq bir məqamı da çıqladı: «Dünən 2 aprel məhbuslarından biri prezidentə əfv olunması üçün müraciət etdi. Bu iş Fətullayevin hakimiyyət qarşısındakı xidmətlərindən biri kimi qəbul olunmalıdır». Xatırladaq ki, 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan AXCP Ali Məclisinin üzvü Elnur İsrəfilov Azərbaycan prezidenti İlham Əliyevə iki müraciət ünvanlayıb. Birinci müraciətində müxalifətçi fəal 2 aprel mitinqində iştirakına görə səmimi peşimançılıq keçirdiyini bildirirərək, öz silahdaşlarını ittiham edib, dövlət başçısından tez bir zamanda əfv olunmasını xahiş edib. İkinci müraciətində isə o, prezidentin sədri olduğu Yeni Azərbaycan Partiyasının sıralarında hökumətə xidmət edəcəyindən şərəf duyacağını ifadə edib. Mənbəmiz bildirir ki, Elnur İsrfailovla danışıqları da məhz Eynulla Fətullayev aparıb və onu belə bir addımı atmağa inandıra bilib: «Diqqət yetirin, kiril əlifbası ilə yalnız rus dili dərsindən tanış olan Elnur İsrafilovun adından edilən müraciətlərin hər ikisi kiril əlifbası ilə yazılıb. İkinci məqam: özünün bisavad olması səbəbindən dayısının toruna düşdüyünü qeyd edən 2 aprel məhbusu sonrakı məqamlarda Azərbaycan qanunlarından sitatlar gətirir. Hər halda, bu faktların özü belə Elnur İsrafilovun həmin müraciətlərə yalnız imza atmasını təsdiqləyir». Geri qayıt |