Əsas Səhifə > Dünya > SOMALİDƏN DƏRD ƏSKİK OLMUR

SOMALİDƏN DƏRD ƏSKİK OLMUR


4-10-2011, 16:58
SOMALİDƏN DƏRD ƏSKİK OLMUR

ÖLƏNLƏRİN SAYI 60-A ÇATIB

DİA.AZ: - Somalinin paytaxtı Mogadishuda dövlət qurumlarının yerləşdiyi binada baş verən partlayış nəticəsində 60-dan artıq adam ölüb, onlarla adam yaralanıb.

Binanın qarşısında içinə bomba qoyulmuş maşın partlayıb. Bina dağılıb.

Somalidə 90-cı illərin əvvəlindən daxili hərbi münaqişə davam edir. Hökumət əsasən paytaxt Mogadishunun bir hissəsinə və ölkənin bir neçə rayonuna, digər ərazilərə isə “Əl-Qaidə”yə bağlı al-Shabab qruplaşması nəzarət edir.

Geri qayıt