Əsas Səhifə > Araşdırma > ÖTƏN İL VALYUTA BAZARINDA AZALMA OLUB
ÖTƏN İL VALYUTA BAZARINDA AZALMA OLUB23-02-2012, 12:06 |
FƏRHAD ƏLİYEVİN KÖHNƏ NƏZARƏT ZONASI BÖHRAN YAŞAYIR 2011-ci ilin dekabrında nağdsız xarici valyuta əməliyyatları dövriyyəsi 3,09 mlrd manat ekvivalenti olub. Ay ərzində o, 33,8% artıb. Ötən ilin 12 ayında valyuta dövriyyəsi 25,21 mlrd manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə o, 2,4% azalıb. Nağd ABŞ dolları ilə əməliyyat həcmi dekabrda $1156,5 mln olub. Bu, noyabr göstəricisindən $311,81 mln və ya 37% çoxdur. 2010-cu ilin eyni dövrü ilə müqayisədə ötən ilin yanvar-dekabrda Amerika valyutası ilə nağd mübadilə əməliyyatlarının ümumi dövriyyəsi $1944,29 mln və ya 30,2% artaraq $8387,51 mln olub. Nağd avro ilə əməliyyat həcmi 12 ayda 1,6 mlrd (müvafiq valyuta vahidi) olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,5% çoxdur. Noyabr azalmasından sonra əhalinin bu valyutanı alması hesabat ayında 2,3 dəfə artaraq 41,7 mln təşkil edib. Yanvar-dekabrda Rusiya rublu və ingilis funt sterlinqi ilə nağd mübadilə əməliyyatlarının ümumi dövriyyəsi 5576,93 mln və 26,77 mln təşkil edib. Nağd ABŞ dollarının manatla orta mübadilə məzənnəsi 12 ayda 1,7 % azalaraq 1 yanvarda 1 USD üçün 0,7899 manat olub. Onu da qeyd edək ki, bir zamanlar bu bazar keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin kontrolunda idi. Indi isə ayrı-ayrı oliqarx məmurlar arasında bölüşdürülüb. Geri qayıt |