Əsas Səhifə > Sosial > HƏRBİ ATTAŞE GENERAL KİMİ GERİ DÖNÜR

HƏRBİ ATTAŞE GENERAL KİMİ GERİ DÖNÜR


14-09-2011, 16:48
HƏRBİ ATTAŞE GENERAL KİMİ GERİ DÖNÜR

ƏHƏD ABIYEV QARDAŞINI DA XİLAS ETDİ

DİA.AZ: - Əhəd Abıyev deputat mandatını icra başçısı vəzifəsinə dəyişdikdən sonra bəzi şeylərin yerdəyişməyə məruz qalacağı gözlənilən idi. Lakin bu yerdəyişmənin böyük statuslarda olacağı inandırıcı görünmürdü. Ancaq bu hakimiyyət sürpriz addımlar atmaqla diqqəti çəkdiyindən, bu dəfə də bəzi proqnozları alt-üst etməkdədir.

Redaksiyamıza daxil olan məlumata görə, yaxın günlərdə Azərbaycanın Ukraynadakı səfirliyində DİN-in attaşesi olaraq çalışan Zəfər Abıyev yaxın günlərdə Bakıya qayıdacaq.

Məlumatlı mənbənin sözlərinə görə, Z.Abıyevin dönüşü heç də sıradan bir iş üçün deyil. Ona yeni vəzifə və general rütbəsi veriləcək. Amma mənbə konkret olaraq Əhəd Abıyevin qardaşının hansı vəzifəyə gətiriləcəyi ilə bağlı bilgiyə malik olmadığını deyib.


Geri qayıt