Əsas Səhifə > Sosial, Manşet > GÜC NAZİRLƏRİ TOQQUŞUR
GÜC NAZİRLƏRİ TOQQUŞUR4-10-2011, 17:03 |
SƏFƏR ƏBİYEV HÜCUMLARIN ARXASINDAKI QÜVVƏNİ TAPIB DİA.AZ: - Hakimiyyət içindən silkələnir. Bu barədə məlumat «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) iqtidar daxilindəki mötəbər qaynaqlardan ötürülüb. Mənbə iddia edir ki, güc nazirlikləri arasında yeni savaş açılıb. Söhbət Müdafiə Naziri Səfər Əbiyevlə Daxili İşlər Naziri Ramil Usubovun münasibətlərinin pozulmasından gedir. Mənbə bildirir ki, son günlər MN əleyhinə mətbuatda yer alan informasiyaların qaynağı kimi DİN-nin nişan verilməsi Səfər Əbiyevin qəzəbinə səbəb olub: «Bu günlərdə MN şefi prezidentə DİN rəhbərindən şikayətlənərək Milli Ordunun gözdən salınmasında polisə yaxın qaynaqların fəallıq nümayiş etdirdiyini diqqətə çatdırıb». Bu münaqişənin hansı sonluqla bitəcəyini bilməyən mənbəmiz yalnız onu bildirdi ki, vəziyyətin bu şəkil alması ümumiqtidar maraqları üçün çox təhlükəlidir. Geri qayıt |