Əsas Səhifə > Şou-biznes > “EFİRDƏ BELƏ ŞEYLƏRİ DANIŞMAQ OLMAZ”
“EFİRDƏ BELƏ ŞEYLƏRİ DANIŞMAQ OLMAZ”23-02-2012, 12:55 |
MÜĞƏNNİLƏR STİLİSTİN CAVABINI VERDİLƏR Populyar ifaçılar Ayan Babakişiyeva və Xatirə İslam stilist Samir Əliyevin tənqidlərinə cavab veriblər. Məlumata görə, Samirin ən zövqsüz müğənnilərdən adlandırdığı Xatirə stilistin tənqidini belə cavablandırıb: "Hamı bilir ki, mən əslən Qarabağdanam. Samirin haralı olduğunu bilmirəm. Mən onun istədiyi kimi geyinsəm, mənə heç kim salam verməz. O, sakit, yaxşı adamdır. Odur ki, Samiri tənqid etmək istəmirəm. Amma Samir də mənə zəng etməli, hansısa geyimimin xoşuna gəlmədiyini özümə deməli idi. Efirdə belə şeylər danışmaq olmaz. Samir qəsdən bizə "ilişir" ki, onunla işləməyə başlayaq". A.Babakişiyeva isə "Samir Əliyev kimi insanların fikrinin" onu maraqlandırmadığını söyləyib: "Mənim öz üslubum var. Öz stilistlərim də mənə kifayət edir". Geri qayıt |