Əsas Səhifə > Siyasət, Manşet > MİSİR MƏRDANOVUN QARA GÜNLƏRİ
MİSİR MƏRDANOVUN QARA GÜNLƏRİ23-02-2012, 13:22 |
TƏHSİL NAZİRİ ORXAN KƏRİMOVUN MƏHKƏMƏSİNDƏN NİYƏ NARAHATDIR? DİA.AZ: - Azərbaycan Təhsil Nazirliyinin maliyyə şöbəsinin həbsdə olan sabiq müdir müavini Orxan Kərimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi materialları baxılmaq üçün məhkəməyə göndərilib. İş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın icraatına verilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası isə martın 5-nə təyin olunub. Qeyd edək ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunan Orxan Kərimova qarşı sonradan Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3.2-ci (təkrar törədildikdə) və 3.3-cü (külli miqdarda rüşvət alma) bəndləri ilə də əlavə ittihamlar elan edilib. Onu da bildirəkm ki, Orxan Kərimov əslində, bir çoxları tərəfindən təhsil sistemindəki ayıbların ört-basdır edilməsi üçün verilmiş “qurbanlıq” hesab olunur. Və buna görə də sözügedən məhkəmənin çox ilginc faktlara aydınlıq gətirəcəyi şübhəsizdir. Ən azından Orxan Kərimovun danışa biləcəklərinin təhsil naziri Misir Mrədanova və eləcə də TN rəhbərliyində təmsil olunan Şahrza Əliyev və İlham Pirməmmədov kimilərinə baha başa oturacağı proqnozlaşdırılır. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) ədliyyə sistemindəki qaynaqlardan verilən xəbərdən isə aydın olur ki, belə bir təhlükəni indidən görən Misir Mərdanov tədbirlərə əl atıb. Bu barədə mötəbər qaynağın söylədikləri: «Misir Mərdanov indidən məhkəmənin qapalı keçirilməsi üçün hərəkətə keçib. Görünür, belə bir təşəbbüsdə bulunan nazir nələrinsə ictimailəşməsindən ehtiyatlanır». Mənbəmiz onu da bildirdi ki, buna qədər TN şefiin adamları Orxan Kərimovun özü ilə də danışıqlar aparmaq niyyətində olublar: «Onlar hətta Orxan Kərimova susmağının müqabilində qısamüddətli həbsi və başqa şirnikləndirici təklifləri də ediblər. Amma Orxan Kərimov bununla razılaşmayıb». Geri qayıt |