Əsas Səhifə > Partiya > “AZƏRBAYCANDA EKSTREMİST QRUPLAR VAR”

“AZƏRBAYCANDA EKSTREMİST QRUPLAR VAR”


23-02-2012, 13:33
“AZƏRBAYCANDA EKSTREMİST QRUPLAR VAR”

“AMMA ONLAR ÖZLƏRİNİ İCTİMAİLƏŞDİRMİRLƏR”

Vaşinqtondakı Carnegie Qlobal Araşdırmalar Mərkəzində “Qafqazda siyasi islam” mövzusunda təşkil olunmuş konfransda regionda dini radikallaşma meyllərinin qarşısının necə alınması sualına cavab tapılmayıb.

Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, Azərbaycandakı vəziyyətin xüsusilə müzakirə olunduğu tədbirdə region üzrə mütəxəssislər, Dövlət Departamentinin təmsilçiləri, sabiq diplomat və hərbçilər də iştirak ediblər. “Vəziyyət getdikcə mürəkkəbləşir. Azərbaycan hakimiyyəti heç kəsi dinləmək istəmir, sadəcə həbs edir”, - FAR Araşdırmalar Mərkəzinin rəhbəri, hazırda Milli Demokratiya Fondunda Reagan-Fascell təqaüdçüsü Hikmət Hacızadə ölkədə baş alan dini repressiyalardan bəhs edib.

Onun sözlərinə görə, təqib edilən İslamçıların əsl günahı çox zaman ictimaiyyətə qaranlıq qalır. Nəticədə dini radikallaşma meylləri ölkə boyunca azalmaq əvəzinə daha da güclənir. Ədalətsiz mühakimələr, demokratiya çatışmazlığı və iqtisadi amillər vətəndaşların isə dinə axını digər əsas amillərdir.

“Ölkə müsəlmanlarının 20 faizlik aktiv hissəsi Azərbaycanın gələcəyini islamda, şəriət qanunlarında görür”, - o, narahatlıqla vurğulayıb. Əhalinin çoxluq təşkil edən hissəsi - “dünyəvilik” tərəfdarı olsa da, hətta demokratik qüvvələr də tərdicən radikallaşan dini cərəyanlardan çəkinirlər.

Bu yaxınlarda qətlə yetirilmiş yazıçı Rafiq Tağının taleyi isə problemi daha da dərinləşdirib. İran ayətullahı Lənkəraninin bundan öncə Tağının qətlinə çağırılşlar etməsi Bakıda ziyalıları "qəzəbləndirib" və onlar öz müraciətləri ilə hadisəni pisləyiblər.
FAR-ın sorğularına əsasən, ölkədə nüfuzlu dini lider “yox səviyyəsindədir”. Belə ki, QMİ sərdi Allahşükür Paşazadərespondentlərin yalnız 4 faizinin rəğbətini qazana bilib, İranın dini lideri Xamneyi 1, Bin Laden isə 0 faizlə siyahıda növbəti yerləri bölüşüblər.

Eyni zamanda digər bir sorğu nəticəsində məlum olub ki, Azərbaycanda özünü müsəlman kimi təqdim edən 96% gəncin yalnız bir hissəsi dinlə aktiv məşğul olur.

Hacızadəyə görə, “bu o deməkdir ki, ölkə əhalisinin böyük hissəsi hələ də dinə sovet ideoloji-nəzərindən yanaşır”, hərçənd ki, rəsmi siyasət və xarici təsirlər nəticəsində dini radikalizm hətta ekstremismə qədər güclənir.

“Azərbaycanda ekstremist qruplar var, amma onlar heç zaman özlərini ictimailəşdirmirlər. Bəziləri hətta Əfqanıstanda döyüşür”, - o bildirib.

Carnegi Fondunun eksperti Bayram Balçı isə bir neçə Bakıətrafı kənddə və Azərbaycanın cənub rayonlarında dini radikalizm əlamətlərinin gücləndiyinə diqqət çəkib.

Konfrans iştirakçıları Azərbaycanla yanaşı Gürcüstan, hətta Rusiyanın da İran və Türkiyədən dini cərəyanların axınına məruz qaldıqlarını vurğulayıblar.


Geri qayıt