Əsas Səhifə > Dünya > MERKEL TÜRKLƏRDƏN ÜZR İSTƏDİ

MERKEL TÜRKLƏRDƏN ÜZR İSTƏDİ


24-02-2012, 12:43
MERKEL TÜRKLƏRDƏN ÜZR İSTƏDİ

NEOFAŞİSTLƏRİN ƏMƏLLƏRİ ALMANİYAYA BAHA BAŞA OTURUR

Berlində Almaniyada neofaşist təşkilatı tərəfindən öldürülən türklərin dövlət səviyyəsində anım mərasimi keçirilib.

SalamNews-un "Habertürk"ə istinadla verdiyi xəbərə görə, anım mərasimində çıxış edən Almaniyanın Baş naziri Angela Merkel, neofaşistlərin terror hücumlarının qurbanına çevrilən 8 türk və 1 yunanın, həmçinin 1 alman polisinin adlarını bir-bir çəkərək, onların həyat yolundan bəhs edib. İrqçi cinayətləri törədən terror təşkilatını pisləyən Merkel deyib: "Sizlərdən, yəni öldürülənlərin yaxınlarından üzr istəyirəm. Bir çox insan bu hadisələrlə bağlı zərbə aldı. Qurbanların yaxınlarının ağrılarını, kədərini anlayırıq. Terror təşkilatının işlədiyi cinayətlər eyni zamanda ölkəmizə edilən hücumdur. Onlar ölkəmiz üçün böyük utanc qaynağıdır".

Merkel çıxışından sonra iştirakçıları bir dəqiqəlik sükuta çağırıb. Anım mərasimində qurbanların xatirəsinə 12 şam yandırılıb. Şamlardan 10-u neo-nasistlər tərəfindən öldürülənlər, biri indiyə qədər irqçi terrorun qurbanları, biri isə Almaniyanın gələcəyinə olan "ümid" üçün yandırılıb. Ölkədə dövlət bayraqları endirilib.

Xatırladaq ki, Almaniyada yaşayan türklər ötən ilin sonlarında qətlə yetiriliblər.


Geri qayıt