Əsas Səhifə > Sosial, Manşet > HAKİM DÜŞƏRGƏ ƏNDİŞƏ İÇİNDƏDİR

HAKİM DÜŞƏRGƏ ƏNDİŞƏ İÇİNDƏDİR


24-02-2012, 12:55
HAKİM DÜŞƏRGƏ ƏNDİŞƏ İÇİNDƏDİR

KAMPRAMAT DAVASI XƏBƏRDARLIĞI ÇOXLARININ KÜRKÜNƏ BİRƏ SALIB

DİA.AZ: - Məlum olduğu kimi, hakimiyyətiçi münasibətlər yeni mərhələyə qədəm qoyur. Artıq bir-birinin əleyhinə kampramat xarakterli məlumatların ötürülməsi hakim düşərgə içində ənənə halını alıb. Son günlər yerli KİV-də konkret faktlara söykənən materialların dərci də əslində, sözügedən situasiyanın təzahürü kimi qəbul edilməlidir.

Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər mənbənin sözlərinə görə, mart ayından etibarən məmurların mətbu davalarına yeni rəng qatıla bilər: «Bu dəfə hədəfdə müxalifət qüvvələri olmasa da, ayrı-ayrı məmurların birbirilərinin hətta özəl həyatlarını belə ifşa edən faktları mətbuata ötürməsi gözləniləndir».

Mənbəmiz bu əsnada bəzi deputatların indidən narahatçılıq keçirdiyini və əndişə içində olduğunu da bildirdi: «Start düyməsi basılacaq «qara piar» kampaniyasının qurbanları arasında deputatların bəzilərinin adlarının olması indidən hər kəsə məlumdur. Məsələn, millət vəkillərindən biri keçən il jurnalistlərdən birinin fotokamerasına heç də arzuolunmayan formada yaxalanıb».

Məlumatda deyilir ki, həmin millət vəkili ailəli olmasına baxmayaraq, bir neçə gənc qızla Bakıdakı restoranların birində əyləncə məclisi təşkil edibmiş: «Sonradan həmin jurnalist millət vəkili ilə «anlaşaraq» görüntüləri ictimailəşdirmədi. Amma həmin görüntülər artıq lazımi ünvanların əlində var ki, bu da deputatın işinin yenidən çətinə düşmə ehtimalından xəbər verir».

Mənbəmizin sözlərinə görə, bununla yanaşı, nazirlərdən biri ilə bağlı da olduqca ilginc faktların mətbuata ötürülməsi nəzərdə tutulub: «Onun kimliyi də məlumdur. Lakin bu barədə heç bir əlavə məlumatın verilməməsi əslində, planın üzərində cidi şəkildə işin getməsilə bağlıdır. Həmin nazir də eyni qaydada əyləncə məclisində çəkilibi və onun videogörüntülərinin yerli KİV yox, internetlə - «youtube» saytı vasitəsilə yayılması planlaşdırılır».

Əslində bütün bu həngamələrin hakim düşərgə içindəki mövqe davasından doğduğunu bildirən qaynağımız onu da idda edir ki, vəziyyətin daha da gərginləşmə şansı olduqca yüksəkdir: «Çünki əks tərəf mütləq şəkiddə cavab verməyə çalışacaq. Məmurların isə Azərbaycanda hansı işlərlə məşğul olduğu hər kəsə məlumdur. Elə gününün yarısını ayırıb, onlardan birini təqib etmək yetərlidir ki, cidi kampramatlara malik olasan. Onların hər addımları rəqibləri üçün kampramat xarakterlidir».


Geri qayıt