Əsas Səhifə > Araşdırma > PREZİDENTİN FƏRMANI PROBLEMİ HƏLL ETMİR
PREZİDENTİN FƏRMANI PROBLEMİ HƏLL ETMİR24-02-2012, 13:10 |
EİZİB EVSİZ ZABİTLƏRİN SİYAHISINI TUTUR Evsiz zabitlərin alternativ siyahısının tərtib olunması prosesi davam edir - ÖZƏL “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinə (EİZİB) xidmətdə, ehtiyatda və cümlədən istefada olan hərbçilərin mənzil problemi ilə əlaqədar müraciətlər daxil olmaqda davam edir. Bu barədə milaz.info portalına EİZİB-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, yaradılmış İşçi Qrupu tərəfindən daxil olan müraciətlərin araşdırılması zamanı müəyyən edilib ki, 28 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanı hərbi qulluqçuların mənzil problemlərini köklü şəkildə həll etmir. Belə ki, Fərmanın tələbləri qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, eyni zamanda bütövlükdə ehtiatda olan zabit və gizirlərə şamil olunmayıb. Digər tərəfdən, bu Fərmanla uzun illər (10 il və daha çox) öz mənzillərində xidməti orderlə yaşayanların həmin mənzilləri özəlləşdirilməsi hüquqları tanınmayıb. “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi bütün bu məsələlərlə əlaqədar ölkə başçısına xüsusi müraciət ünvünlamağı planlaşdırır. Müracətin mənzil problemi ilə üzləşən hərbçilər tərəfindən imzalanması təşkil olunacaq. Bu məqsədlə EİZİB Fərmanla əhatə olunmayan hərbçilərin aşağıdakı kateqoriyalara uyğun olaraq adlı siyahısının hazırlanması prosesinə start verib: - Uzun illər (10 il və daha çox) öz mənzillərində xidməti orderlə yaşayanlar; - 20 il və daha çox xidmət etmiş, lakin “qüsurlu” sayıldıqlarına görə bu Fərmanla mənzil almaq hüququndan məhrum edilənlər; - 20 il və daha çox xidmət etmiş mənzillə təmin olunmayan ehtiatda və istefada olan hərbçilər. Eyni zamanda, EİZİB tərəfindən “Hərbi Qulluqçuların Statusu Haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı kateqoriyalara bölünən hərbçilərin də siyahısı hazırlanacaq: -15 il və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və dövlət tərəfindən daimi yaşayış sahəsi ilə təmin olunmayanlar; - azı 5 təqvim ili xidmət etdikdən sonra ştatların ixtisarına görə ehtiyata buraxılmışlar. Həmin şəxslər və ya onların ailə üzvləri (012) 436-87-22/23, 050-537-27-84 N-li telefonlar və ya [email protected] elektron poçt ünvanı vasitəsilə təşkilata müraciət edə bilərlər. Xatırladaq ki, EİZİB tərəfindən siyahıların tərtib edilməsi ilə bağlı bir sıra dövlət strukturlarına müraciətlər ünvanlansa da, sorğulara bu günədək cavab verilməyib. Geri qayıt |