Əsas Səhifə > Üçüncü sektor > İRƏVANDAN ADEKVAT ADDIM
İRƏVANDAN ADEKVAT ADDIM24-02-2012, 13:14 |
ERMƏNİ DEPUTATLAR BAKININ YOLUNU TUTACAQLAR Ermənistanın AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyəti təhlükəsizliklərinə təminat veriləcəyi təqdirdə qurumun aprelin 3-4-də Bakıda keçiriləcək sessiyasına qatılacağını açıqlayıb. APA-nın “Panarmenian”a istinadən verdiyi məlumata görə, bunu AVRONEST-in təhsil, mədəniyyət, vətəndaş cəmiyyəti və sosial məsələlər üzrə komitəsinin həmsədri Artak Zakaryan deyib. A. Zakaryan Azərbaycan nümayəndə heyətinin Ermənistanda hər hansı problemlə qarşılaşmadığını söyləyib. Xatırladaq ki, bu həftə İrəvanda AVRONEST-in təhsil, mədəniyyət, vətəndaş cəmiyyəti və sosial məsələlər üzrə komitəsinin iclası keçirilib. Toplantıya Azərbaycan nümayəndə heyəti də qatılıb. Geri qayıt |