Əsas Səhifə > Partiya > MÜXALİF GƏNC MƏHKUMLUĞUNUN GÖTÜRÜLMƏSİNİ İSTƏYİR

MÜXALİF GƏNC MƏHKUMLUĞUNUN GÖTÜRÜLMƏSİNİ İSTƏYİR


24-02-2012, 13:49
MÜXALİF GƏNC MƏHKUMLUĞUNUN GÖTÜRÜLMƏSİNİ İSTƏYİR

CABBAR SAVALANLI MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Gənc fəal Cabbar Savalanlının üzərindən məhkumluğun götürülməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunub. Fevralın 24-də “Media forum” saytına açıqlamasında vəkil Anar Qasımlı belə deyib.

Cabbar Savalanlı 2011-ci il fevralın 5-də tutulub, narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il dekabrın 26-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Cinayət Məcəlləsinə görə, məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir.

Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.


Geri qayıt