Əsas Səhifə > Reklam > MİNGƏÇEVİR: GƏLƏCƏYİN TURİZM BAZASI
MİNGƏÇEVİR: GƏLƏCƏYİN TURİZM BAZASI24-02-2012, 15:21 |
MÜBARİZ AĞAYEV: «ŞƏHƏRİMİZİN TURİZM POTENSİALI BÖYÜKDÜR» Doğrusu Mingəçeviri belə təsəvvür etməzdim. Açığı Bakının qarmaqarşıq, hər tini qazılmış küçələrindən fərqli, şəhər o qədər səliqəli təsir bağışladı ki, hiss olunurdu ki, burda şəhər mədəniyyəti deyilən bir anlayış var və bu anlayış artıq əməli qaydada öz təsdiqini tapıb. Mən Mingəçevirdə olanda diqqətimi ilk cəlb edən enli küçələri və saysız-hesabsız xiyabanları oldu. Məncə Azərbaycanının tək-tük regionunda bu qədər səliqyəyə rast gəlmk olar. Biz Mingəçevirin iqtisadi uğurlarından, təhsilindən, tamam fərqli məqamlarından danışmaq istəmirəm. Sizlrə bu şəhərə , özü də «Avrovizion» ilində özünə cəlb edə biləcək turizm sektorundan, onun inkişaf perespektivlərindən söhbət açacağam. *** Əvvəlcə bir məqamı xatırladım ki, ötən il 30 ildən çox bir müddət baxımsız qalmış «Dostluq» parkında şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən əsaslı yenidənqurma işləri aparılmış, sağ sahil yaşayış massivində Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən yeni istirahət parkı salınmışdır. Hər iki park şəhər sakinlərinin istifadəsinə verilmişdir. Ötən il ərzində park və xiyabanlara, yol qrıqlarına və səkilərə 15 min kv/m sahəyə tamet və metlax döşənmiş, aqlay və mərmər kafel üzlük çəkilmiş, 7000 kv/m yol-səki daşları bərpa edilmiş, 3 ədəd yeni fəvvarə inşa edilmiş, 15 min kv/m sahəyə yaşıllıq salınmış, 30 mindən çox ağac və dekorativ gül kolları əkilmişdir. 2011-ci ildə 125 binanın şifer-dam örtüyündə və 90 binanın yumşaq dam örtüyündə əsaslı və cari təmir işləri aparılmışdır. Görülmüş təmir işlərinə 14 min kv/m şifer, metal keramit və «öndülün» örtük materialı işlənmiş, 6 min kv/m yumşaq dam örtüyü yenilənmişdir. Hesabat dövründə yaşayış sahələrində 20 nümunəvi məhəllə yaradılmış, məhəllədaxili ərazilərə, park və xiyabanlara 25 ədəd kölgəlik və 500-dən artıq oturacaq qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 2011-ci ildə Neft Şirkəti tərəfindən Mingəçevir şəhərinə 2 milyon manat vəsait ayrılmışdır. Ayrılan vəsaitin hesabına N.Nərimanov və 20 yanvar küçələrində, teatr meyadanı ətrafında yerləşən 19 binaya alkapon üzlük çəkilmişdir. Mingəçevir şəhərinin perspektiv inkişafının bilavasitə turizmin inkişafı ilə bağlı olacağını nəzərə alaraq, aparılan işlər əsasən bu istiqamətə yönəldilmişdir. Bu məqsədlə, Kür çayının sağ və sol sahillərində, su anbarının çimərlik ərazilərində, otel və istirahət guşələrinin yaradılması prioritet sahələr sayılır. Şəhər İcra Hakimiyyəti Mərkəzi kitabxananın, Tarix Muzeyinin qeyri-münasib, uyğunlaşdırılmış binalarda yerləşdiklərini nəzərə alaraq bu məqsədlə şəhərdə yeni müasir binaların tikintisi üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilmişdir. Böyük ehtimalla yeni binalar tikilib istifadəyə veriləcək. Şəhərin icra hakimiyyətinin başçısı Mübariz Ağayev ötən illə bağlı verdiyi hesabatda haqlı olaraq qeyd edir ki, «2011-ci il «Turizm ili» ilə bağlı müəyyən işlər görülsə də, bu mühüm sahəyə diqqət artırılmalıdır. «Xüsusilə, Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına Dövlət Proqramı»na uyğun olaraq Şəhər Turizm Kolleci və digər aidiyyatı təşkilatlarla əlaqəli şəkildə bu istiqamətdə geniş, əməli tədbirlər həyata keçirilməlidir». Turistlər üçün bir maraqlı məqam. Mingəçevir Dövlət Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmış, ötən ilin 29 sentyabrında teatrın və yeni mövsümün təntənəli açılışı olmuşdur. Ötən müddətdə teatrın yaradıcı heyəti məktəblilərin yaz və qış tətillərini səmərəli keçirmələri məqsədilə «Novruz» və «Yeni il» şənlik proqramları və bir tamaşa hazırlanmış, iki tamaşa bərpa olunmuş, habelə, ümumşəhər tədbirlərində fəal iştirak etmişdir. İcra başçısı bu il üçün artıq nələrin ediləcəyini də bəyan edib: «Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərini əsas götürərək 2012-ci ildə şəhər miqyasında aparılan aşağıdakı işlərin icrasına diqqət artırılmalıdır: «Sahil» parkının əsaslı, yenidən qurulması; Kür çayının sağ sahilində inşa olunan istirahət kompleksinin tikintisinin başa çatdırılması, ərazidə abadlıq və quruculuq işlərinin görülməsi; Su ambarının ərazisində yerləşən çimərlik zonasının əsaslı yenidən qurulması və abadlaşdırılması». *** Yeri gəlmişkən, Mingəçevirin yerləşdiyi coğrafi ərazi turistlərin istirahəti və bu prioritet sahənin inkişafı üçün olduqca əlverişlidir. Mingəçevir SES-nin tikintisi ilə əlaqədar burada 1946-53-cü illərdə aparılmış arxeoloji qazıntılar zamanı eneolit dövrünü (b.e.ə.III minlik) və eramızın XVII əsrini əharə edən 20 mindən artıq maddi-mədəniyyət nümunələri tapılmış və onların bəziləri şəhərin Tarix muzeyində nümayiş etdirilir. Şəhərdə zəngin Heydər Əliyev muzeyi və dövlər Rəsm Qalereyası fəaliyyət göstərir. SES tikintisi ilə əlaqədar Samux vadisində yaradılmış Mingəçevir Su anbarı (sahəsi 605 kv. km, eni 9-20 km, uzunluğu 70 km) və şəhəri iki hissəyə ayıran Kür çayının üzərində avtomobil və dəmir yolu körpüləri, ümummilli lider Heydər Əliyevin abidə kompleksi və eyni adlı füsunkar park, «Şəhidlərin Xatirə muzeyi», «Ana dili» kompleksi, SES üzərində Avropada ən hündür torpaq bənd, sahilboyu gözoxşayan park və xiyabanlar, milli memarlığımızı özündə ehtiva edən Mingəçevir Dövlət Dram Teatrı, şəhərin Giriş qapısı və bir çox digər tikililər turistlərin istirahət və ekskursiyalarının təşkilində mühüm rol oynayır. Yeri gəlmişkən, Mingəçevirin yerləşdiyi coğrafi ərazi qonaqlara şəhərlə yanaşı respublikamızın Şəki, Zaqatala, Qəbələ, Naftalan, Gəncə-Hacıkənd, İsmayıllı-Lahıc kimi qədim tarixə malik, gözəl təbiətli yerləri ilə də tanış olmaq imkanı verir. Mingəçevirin iqlimi quru subtropikdir, su anbarında may-oktyabr ayınadək münasib istilik temperaturu dərəcəsi olan çimərlik, Kür çayı sahillərinin zəngin flora-faunası (müxtəlif növ balıq, xərçəng, quş, bitki növləri, heyvanat aləmi və s.) ekoloji turizm üçün əlverişlidir. Su anbarı və Kür çayında gəmi gəzintiləri təşkil edilir. Şəhərdə turistlərin qəbulu üçün Kür çayının sahilində 70 nəfərlik 4 ulduzlu «RİVER SİDE» oteli fəaliyyət göstərir. Hazırda beynəlxalq səviyyəli «Kür» Avarçəkmə kompleksinin fəaliyyti və bununla əlaqədar Kür çayının hər iki sahilinin yenidən qurulmasına başlanması şəhərdə bu idman növü ilə yanaşı turizmin inkişafına da öz töhvəsini verməklə, Mingəçevirin yaxın illərdə yenidən respublikanın turizm mərkəzlərindən biri olacağına zəmin yaradır. 2003-cü il aprel ayının 13-də Nazirlər Kabinetinin qərarı ilə “Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin “ Mingəçevir şöbəsi yaradılmış və şöbənin müdiri vəzifəsinə təyin edilmişdir. 2006-cı ilə qədər şöbənin fəaliyyəti davam etdirilmiş, 2006-cı ildə “Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci Nazirlər Kabinetinin qərarı ilə fəaliyyətini dayandıraraq ləğv edilmiş və müstəqil Mingəçevir Turizm Kolleci yardılmış və professor Əyyubov Əyyub Kollecin direktoru vəzifəsinə təyin edilmişdir. 2008-ci ildən başlayaraq hal-hazıra kimi Brithi Council layihəsi əsasında Şotlandiyanın Edinburq şəhərində yerləşən Stevenson Kolleci ilə əməkdaşlıq edir. 2009-cu ildə Avropa Təbiəti Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Birləşmiş Millətlər Təşkilatının "Avropa" Şərəf ordeninə layiq görülüb. Türk Dünyası araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib, həmin Akademiyanın təsis etdiyi "qızıl ulduz" medalına layiq görülüb. Turistlərin nəzərinə! Mingəçevir kriminal baxımdan çox sakit şəhərdir. Elə bu statistikaya baxsaq, peşəkar hüquq-mühafizə orqanları işçilərinin fəaliyyətini özünüz təsdiq etmiş olacaqsınız: 2011-ci ildə şəhər ərazisində kriminogen vəziyyət aşağıdakı kimi olmuşdur. - törədilmiş 231 cinayət hadisəsinin 155-i, yəni 82.0 faizinin açılması təmin edilmişdir. Axtarışda olan 52 nəfərdən 36 nəfəri, yəni 69.2 faiz tutularaq istintaqa təqdim olunmuşlar. Xəbərsiz itkin düşmüş 12 şəxsdən 9-nun yeri müəyyən edilmişdir. Şəhərin icra hakimiyyəti başçısı Mübariz Ağayev isə tam haqlıdır: - Cənab Prezidentin Mingəçevirə səfəri zamanı şəhərdə turizmin inkişafı ilə bağlı verdiyi tövsiyələr, eləcə də 2011-ci ilin “Turizm ili” elan edilməsi Mingəçevir şəhərində də turizmin inkişafına stimul yaratmışdır. Ümumiyyətlə, bildirmək istəyirəm ki, şəhərimizin turizm potensialı böyükdür. Hazırda şəhərdə 4 ulduzlu iki mehmanxana (“River Side” və “Kür” hotelləri) fəaliyyət göstərir. Sahibkar tərəfindən müasir tələblərə cavab verən daha bir hotel tikilməkdədir. Gələcəkdə Kür çayı və Mingəçevir su hövzəsinin ətrafında istirahət guşələrinin yaradılması, sanatoriyaların tikilməsi planlaşdırılır. Bu yaxınlarda Mingəçevirin turizm imkanlarının öyrənilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə şəhərimizdə infotur təşkil edilmiş, müxtəlif turizm şirkətlərinin nümayəndələri şəhərimizdə olmuşdur. Bu sahəyə ölkə rəhbərliyinin də diqqəti böyükdür. Gələcəkdə şəhərimizin turizm məkanına çevrilməsi reallaşacaqdır». Məncə artıq reallaşmaq üzrədir. Sadəcə bir az da çalışmaq və şəhəri Azərbaycanının turizm incilərindən birinə çevirməkdir. Buna isə çox qalmayb. Səbuhi MƏMMƏDLI Geri qayıt |