Əsas Səhifə > Sosial, Manşet > FARS-MOLLA REJİMİ AZ-TV-Nİ QARALAYIB

FARS-MOLLA REJİMİ AZ-TV-Nİ QARALAYIB


27-02-2012, 10:27
FARS-MOLLA REJİMİ AZ-TV-Nİ QARALAYIB

İRAN AZƏRBAYCANIN DÖVLƏT KANALI İLƏ ƏDAVƏTİNƏ AYDINLIQ GƏTİRDİ

DİA.AZ: - Məlum olduğu kimi, fevral ayının 22-dən 23-nə keçən kecə AzTV dövlət telekanalının rəsmi saytı xaker hücumuna məruz qaldı. Bildirək ki, buna qədər də Azərbaycanın ayrı-ayrı dövlət qurumlarına məxsus internet saytlarına hücumlar edilmişdi. Amma bu dəfə toplu halda olmadı və yalnız hədəfə alınanı AzTV oldu ki, bu da qaranlıq məqamlardan xəbər verməkdə idi.

Qeyd edək ki, özlərini "İranın kiber ordusu" adlandıran cinayətkarlar bu hücuma görə məsuliyyəti üzərlərinə götürərək saytın ana səhifəsində müvafiq məlumat da yerləşdirmişdilər.

Dünən isə İran tərəfi rəsmən bu hücumu üstələndi. Hər halda, belə bir «RƏSMİYYƏT»in qarşılığında rəsmi Bakının susması ən azından sözügedən hüumların davamlı olmasına şəraitin yaradılması kimi qəbul ediləcək. Amma YAP iqtidarı bu dəfə də fars-molla rejiminin qarşısında susmaqdadır. Tehranda oturanlar isə susmaq niyyətində deyillər. Və biz də DİA.AZ olaraq AzTV-yə edilən hücumların arxasında hansısa mücərrəd kiber ordunun yox, məhz rəsmi Tehranın dayanmasını sübuta yetirən materiallardan birini diqqətinizə çatdırırıq. Qeyd edək ki, bu xəbər İrana aid portalların birində yerləşdirilib:

«Azərbaycan Respublikasının cənubunda İslam İnqilabı Keşikçilər Korpusu və Hizbullahla əlaqədar "təxribatçı təşkilatın" aşkarlanması ilə bağlı Azərbaycan Respublikasının dövlət televiziyası AZTV-nin reportajının yayımlanması ardınca məlum olub ki, bu saxta reportaj 4 il öncə hazırlanıbmış.

AZTV dövlət televiziyası, onun ardınca digər Bakı mediaları, eləcə də anti-İran BBC Farsi, Associated Press və digər Qərb mediaları ötən çərşənbə axşamı günü bu saxta reportajı "sənədli" bir reportaj kimi yayımlayıblar.

Bu saxta reportajda iddia olunur ki, aralarında Livan vətəndaşları da olan 15 nəfərlik bir qrup Bakıda yəhudilərə qarşı terrorlar həyata keçirmək istəyib. Lakin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi MTN-nin əməliyyatı nəticəsində bu terrorların qarşısı alınıb və bu qrup üzvləri həbs olunublar!

Bakıda çıxan «Yeni Müsavat» qəzeti AZTV dövlət telekanalının bu saxta və böyük səhvi barəsində yazıb: AZTV-nin 4 il öncə hazırladığı reportajı nə üçün indi yayımladığı məlum deyil. Lakin Azərbaycan Respublikasında İranın terror fəaliyyətlərini xatırlamaq və qərb dairələrinin diqqətini rəsmi Bakının bu fəaliyyətlərlə mübarizəsinə və ABŞ və İsrailin mənafeyinə görə İranla "qarşılaşması"na cəlb etməyə çalışdığı ehtimal olunur.

Bu qəzet əlavə edib: İlk öncə təsəvvür olunurdu ki, bu reportaj əvvəllərlə əlaqədar bir əməliyyat barəsində olduğuna baxmayaraq, yenilərdə hazırlanıb. Lakin sonradan məlum oldu ki, bu reportajın hazırlanması da 4 il öncəyə aid olub!

Qeyd etmək lazımdır ki, ötən illərdə Azərbaycan Respublikası hökuməti İrana qarşı belə saxta ssenariləri ANS telekanalı kimi kanallara tapşırırdı».

Hər halda, bu materialın ruhundan da AzTV-nin nədən əmmaməli hakerlərin hücumuna məruz qalmasını tam olaraq izahlayır.


Geri qayıt