Əsas Səhifə > Güney Press, Araşdırma > “AZƏRBAYCAN NEFTİ BİZİ TAM QANE EDİR”

“AZƏRBAYCAN NEFTİ BİZİ TAM QANE EDİR”


27-02-2012, 12:12
“AZƏRBAYCAN NEFTİ BİZİ TAM QANE EDİR”

“SOCAR TRADING” NEFT SATIŞI HƏCMİNİ 50% ARTIRIB

Azərbaycan Dövlət Neft Şirkətinin treydinq şöbəsi SOCAR Trading 2011-ci ildə neft satışı həcmini 50% artırıb, deyə onun prezidenti və baş direktoru Valeri Qolovuşkin bildirib. Bu barədə Reuters məlumat verir.

Onun sözlərinə görə, şirkət hələ hesabatı bağlamayıb, ona görə dəqiq rəqəm demək olmaz. Amma indi demək olar ki, satış həcmi 30-$35 mlrd olub. 2010-cu ildə bu göstərici $19 mlrd idi.

O qeyd edib ki, SOCAR Trading İsveçrənin müflis olan neft emalı müəssisəsi Petroplus ilə onu aktivlərinin alınması barədə danışıqlar aparır. Ötən il şirkət Total-ın neft məhsulları ilə ticarət üzrə keçmiş direktoru Erik Myudu işə götürüb. Bu, onu göstərir ki, şirkət təchizat şəbəkəsinə daha yaxşı nəzarət etmək, gəliri artırmaq istəyir.

"Bütün dünyada işləmək istəyirik, amma Avropa neft emalı üçün daha cəlbedicidir. Biz sinergetik effekt verən yeni imkanlar arayırıq, Petroplus və başqaları ilə danışıqlar aparırıq", - deyə Qolovuşkin bildirib.

Socar Trading üçüncü tərəflərin məhsulunu, o cümlədən Qərbi Afrika nefti satmağa başlayıb. Amma əsas məhsul Azərbaycan neftidir: "Azərbaycan nefti bizi tam qane edir. Onun ixracı (sutkada) 1 mln barreldir. Böyük dəyişiklik gözləmirik. İxracatımız bu həcmin yarısından çoxdur", - deyə o qeyd edib.

Xatırladaq ki, SOCAR Trading 2008-ci ilin fevralında yaradılıb. Mənzil-qərargahı Cenevrədədir (İsveçrə)


Geri qayıt