Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > GƏNCƏDƏ MƏMUR TOQQUŞMALARI
GƏNCƏDƏ MƏMUR TOQQUŞMALARI27-02-2012, 13:08 |
ELMAR VƏLİYEV TƏHSİL İDARƏSİNİN RƏİSİNİ SIRADAN ÇIXARA BİLDİ, AMMA... DİA.AZ: - Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən gedib. İdarədən verilən məlumata görə, hazırda müdir vəzifəsini müvəqqəti olaraq müdir müavini olan İsmayıl İsmayılov icra edir. İdarədənin yeni vəzifəyə təyinatın yaxın günlərdə baş tutacağı bildirilib. Əldə edilən məlumata görə, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsinə Mir Cəlal Paşayev adına 39 saylı məktəbin direktoru Zakir Hüseynovun təyin ediləcəyi gözlənilir. Onu da bildirək ki, Gəncənin təhsil idarəisinin rəisliyindən getmiş Mahal Əliyevin heç də könüllü şəkildə bu qərarı vermədiyi aydın olur. Bu barədə Gəncədəki qaynaqlarımızın DİA.AZ-a bildirdiyinə görə, Mahal Əliyev neçə müddətdir ki, icra başçısı Elmar Vəliyevlə konfliktdədir və bu konflikt artıq pik həddinə çatıb. Mənbəmizin söylədikləri: «Mahal Əliyev Elmar Vəliyev üçün kifayət qədər ciddi rəqib hesab olunurdu. Onun adı hətta Gəncənin icra başçısı postuna namizəd kimi də hallandırılmaqdadır. Ona görə də Elmar Vəliyev ilk gündən Mahal Əliyevə qarşı gedib». Mənbəmiz bildirir ki, Mahal Əliyev Gəncənin keçmiş icra başçısı Eldar Əzizovla xoş münasbətlərdə olub və hətta Eldar Əzizov da Mahal Əiyevi özündən sonra Gəncəyə başçı gətirtmək niyyətində olub. Lakin sonradan bu planlar alınmayıb. Bildirək ki, Mahal Əliyev hakimiyyətin kifayət qədər samballı çevrələri ilə də xoş münasibətləri var. Onun hətta prezidentə dəfələrlə çıxış axtardığı da məlumdur: «Elə günü bu gün də Mahal Əliyevin Gəncə təhsil işçiləri adından prezident İlham Əliyevə ünvanladığı məktubları «prezident.az» saytında görmək mümkündür». Mənbəmiz bildirir ki, İlham Əliyevin Qərb bölgəsinə son səfəri zamanı isə icra başçısı ilə Mahal Əliyevin arasında bir gərginlik yaşanıb: «Nəyin baş verdiyi dəqiq məlum olmasa da, aradakı konklift məhz bundan sonra pik həddə çatıb. Və nəticədə bu gün Mahal Əliyev «könüllü» şəkidə vəzifəsini tərk etməli olub. Hər halda, məsələnin bununla bitməyəcəyi indidən aydındır». Geri qayıt |