Əsas Səhifə > Güney Press, Araşdırma > RƏSMİ BAKI İRANÇILARA QARŞI TƏZYİQİ ARTIRMALIDIR

RƏSMİ BAKI İRANÇILARA QARŞI TƏZYİQİ ARTIRMALIDIR


27-02-2012, 16:49
RƏSMİ BAKI İRANÇILARA QARŞI TƏZYİQİ ARTIRMALIDIR


İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN TƏHLİLİ

Azərbaycanda islamçılara, daha doğrusu, İran tərəfdarı olan və ya ölkədə İran təsirinin agentləri olan aktiv dindarlara qarşı həbs dalğası mollakrat Tehrana qarşı Qərbin təzyiqləri fonunda baş verir. Bunun təzyiqlərin məntiqi nəticəsi kimi İranın klerikal rejiminin ağır nəticələrlə tam beynəlxalq izolyasiyası nəzərdə tutulur.

Əslində İranın bədxah hesab etdiyi bu addımlar 2011-ci ilin əvvəlindən daha intensiv şəkildə özünü göstərməyə başlayıb. O vaxt Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov və onun altı silahdaşı hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı ilə həbs edilmişdi. Sonradan onlar kütləvi etiraz aksiyaları keçirməyə cəhd edəndə İranyönlü güclərlə münasibətlər açıq qarşıdurmaya çevrildi. Bundan sonra publisist Rafiq Tağı qətlə yetirildi. Bu işdə də İranın ili axtarılır. Bakıda İsrail vətəndaşlarını qətlə yetirmək istəyən iki qatil tutuldu, Rabitə Nazirliyinin versiyasına görə, Tehrandan Azərbaycanın dövlət saytlarına haker hücumu həyata keçirildi.

Hakimiyyət özü İranla dostluq münasibətlərinə sədaqətini nümayiş etdirməklə, eyni zamanda vurğulayır ki, Azərbaycanda islamçılara münasibət ölkənin daxili işidir. Prezident Əliyevin emissarı, ictimai-siyasi şöbənin müdiri Əli Həsənov ötən ilin dekabrında Tehrana səfər etdi. O, bəyan etdi ki, rəsmi Bakı mollalarla münasibətləri korlamaq istəmir. Əks zərbə kimi Həsənov İran tərəfdən informasiya təzyiqindən narazılığını bildirdi. Bu məsələdə ölkənin cənub rayonlarına yayımlanan Azərbaycan dilli “Səhər” proqramı avanqardlıq edir və orada “sionist” rejim kəskin tənqid olunur.

Rəsmi Bakı Azərbaycanda İranyönlü dəstələrə qarşı aktiv və ardıcı addımlar atsa da, rəsmi Tehran qarşıdurmadan qaçır, ayrı-ayrı bəyanatlarla kifayətlənir. Məsələn, İranın XİN-i “Səhər” proqramının Bakıdakı stringeri Anar Bayramlının həbsinin əsassız olması barədə nota verdi.

İki ölkə arasındakı münasibətlərdə dəfələrlə zahiri isinmə və soyuma baş verib. Məsələn, 1995-ci ildə Azərbaycanda İslam Partiyasının fəaliyyətinə qadağan qoyulmasını və ya Xəzərin Azərbaycan sektorunda BP-nin kəşfiyyat gəmisinə İranın dəniz piyadalarının hücumunu göstərmək olar. Rəsmi Bakı Qərb və İsraillə strateji əməkdaşlığına baxmayaraq, Tehranın bir sıra arzularını nəzərə almağa çalışır. Məsələn, Qüdsdə səfirlik açılması məsələsini qeyd etmək olar.

İki ölkə arasında münasibətlərin gərginləşməsi hər iki tərəf üçün mənfi nəticələr verə bilər və onlar bunu başa düşürlər. İran öz sərhədləri ətrafında Qərb koalisiyasının daralan çevrəsində Azərbaycanın plasdarma çevrilməsi təhlükəsini görür, Bakı isə Tehranın güclü antiQərb hərəkatı üçün ölkə ərazisindən istifadə ediləcəyindən və bunun hakimiyyətin özü üçün mənfi nəticələr verəcəyindən çəkinir.

Son illərin təcrübəsi göstərir ki, Azərbaycanda dünyəvi demokratik müxalifətin zəifləməsi şəraitində islamçılar daha mütəşəkkil və ardıcıl ideoloji qüvvəyə çevrilib. Onlar ilk növbədə yüksək korrupsiya, klançılıq, bütün sahələrdə inhisarçılıq, yoxsulluq və azadlıqların boğulmasına görə İlham Əliyev hökumətinə öz mənfi münasibətlərini gizlətmirlər.

2013-cü il seçkiləri ərəfəsində bu qüvvə onsuz da ölkə daxilində və xaricində müxtəlif siyasi və ictimai qrupların tənqidinə məruz qalan rejim üçün baş ağrısı ola bilərdi. Bu, «Avroviziya-2012» ərəfəsində Almaniya, ABŞ, Böyük Britaniya telekanallarının son tənqidi telereportajlarından da görünür. «Ərəb baharı» ölkələrində olduğu kimi etirazçı elektoratın fəallaşmasında əsas rolu islamçılar oynaya bilər və bu, hakimiyyəti islamçı radikal qruplara qarşı dünyəvi demokratik respublika bayrağı altında təzyiqləri artırmağa məcbur edəcək. Bunun nəticəsində rejim Qərbin dəstəyini almağa ümid edir. Bakıda strateglərin qənaətincə, Qərb isə öz növbəsində Azərbaycanda islam təhlükəsindən qorxaraq rejimin antidemoratikliyinə göz yumacaq.

Turan Analitik Xidməti

Geri qayıt