Əsas Səhifə > Sosial, Manşet > «PASPORTSTOL»DA AĞLASIĞMAZ KORRUPSİYA
«PASPORTSTOL»DA AĞLASIĞMAZ KORRUPSİYA28-02-2012, 12:41 |
GÖRƏSƏN, 40 MANATLIQ DÖVLƏT RÜSUMU 200 MANATA NECƏ ÇEVRİLİR? DİA.AZ: - Yəqin ki, xaricə getmək istəyənlərin və ya sadəcə, ümumvətəndaşlıq pasportu əldə etmək arzusunda olanların əksəriyyəti Əliyev Ərziman Mikayıl oğlunun rəisi olduğu Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsini - «OVİR»i yaxşı tanıyırlar. Həftənin tək günləri səhər saat 6-dan 9-10-a, bəzənsə 1-ə qədər bura azı 500-700 nəfər adam toplaşır, uzun bir növbə yaranır. Ümumiyyətlə, xarici pasport əldə etmək istəyən vətəndaşlar bir sıra qaydaları yerinə yetirmək məcburiyyətindədirlər. Məsələn, əgər vətəndaş istəyirsə ki, bir ay müddətində pasport alsın, onda Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xəzinəsinə 40 manat 40 qəpik ödəməlidir. Maraqlı məqam orasındadır ki, bu boyda idarənin xəzinəsi yerin altında - zirzəmidədir. Özü də zirzəmiyə düşən pilləkənlər elə dardırdır ki, səhhətində heç bir problemi olmayan sağlam insan belə, oranı min-bir zülmlə düşür. O ki qaldı əlil və ya digər qürüslü insanlara... Yuxarıda da qeyd etdiyimiz kimi, bu sahədə əsas problem vətəndaşların xarici pasport almaq üçün saatlarla, hətta bəzən günlərlə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində sənədlərdə rəsmən rüsum haqqı 40 manat 40 qəpik qəbzdə göstərilsə də, sənədlərdə başqa xərclər öz əksini tapmır. Bundan başqa, blank üçün tələb olunan 1 manat da heç bir rəsmi sənəddə qeyd olunmur. Görünür, adamların əksəriyyəti bundan ya xəbərsizdir, ya da heç fərqinə belə varmırlar. Amma burda saatlarla növbəyə durmaq da şərt deyil. İmkanın varsa adam tap 200 manat pul ver, heç gəlib burada əziyyət çəkmə. Özləri sənə bir-iki gün vaxt qoyacaqlar, ondan sonra gəlib sənədini götürə bilərsən. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun «Azərbaycan respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan respublikasında 30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi verilərkən, Azərbaycan respublikası vətəndaşlığına qəbulu və ya vətəndaşlığından çıxması üçün dövlət rüsumunun dərəcələri» adlanan 14-cü maddəsindən çıxarış: «Azərbaycan respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumu beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 120 manat, beş iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda iki gün müddətində verildikdə və ya dəyişdirildikdə isə 40 manat dövlət rüsumu nəzərdə tutulur.» Görəsən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyevin bütün bunlardan xəbəri varmı? Geri qayıt |