Əsas Səhifə > Şou-biznes > "BİR SƏHVİ ONA BAĞIŞLAYA BİLMƏDİM"

"BİR SƏHVİ ONA BAĞIŞLAYA BİLMƏDİM"


28-02-2012, 13:07
"BİR SƏHVİ ONA BAĞIŞLAYA BİLMƏDİM"

SAMİRƏ BOŞANMASININ SƏBƏBLƏRİNİ AÇIQLAYIR

Aşıq Samirə yerli telekanallardan birinə açıqlamasında uğursuz olmuş ilk nikahı haqda danışıb.

Məlumata görə, Samirə ilk həyat yoldaşı ilə boşanmalarına kiçik anlaşılmazlığın səbəb olduğunu söyləyib:

"Çoxları elə düşünə bilər ki, mən yaradıcılığımla bağlı boşanmışam. Amma bu, belə deyil. Sadəcə, bir səhvi ona bağışlaya bilmədim. Bizim qızımız var. Amma o, mənə qızımızın tərbiyəsində heç bir köməklik göstərməyib. Kömək etmək istədikdə isə artıq gec idi. Mən onun qızımla görüşməsinin əleyhinə idim".

Samirə bildirib ki, ilk evliliyindən fərqli olaraq, ikinci nikahı uğurlu alınıb. İndiki həyat yoldaşı ilə çox xoşbəxt olduğunu deyən aşıq Samirə tezliklə növbəti dəfə ana olacağını da bildirib:

"Rizvan ilə çoxdan tanış idik. Dost münasibətimiz var idi. Nə vaxtsa evlənəcəyimiz ağlıma gəlməzdi. Hər şey gözlənilmədən baş verdi. O da ilk xanımından ayrılıb. Ona görə də bir-birimizi yaxşı başa düşürdük. Bizi bu hiss birləşdirdi. Xoşbəxtik. Rizvan qızımla da əla dil tapır. Həyatda mənə başqa heç nə lazım deyil".


Geri qayıt