Əsas Səhifə > Şou-biznes > "ONU MÜTLƏQ HƏYATA KEÇİRƏCƏM"

"ONU MÜTLƏQ HƏYATA KEÇİRƏCƏM"


28-02-2012, 13:10
"ONU MÜTLƏQ HƏYATA KEÇİRƏCƏM"

KAMİLƏ BABAYEVANI DARIXDIRAN NƏDİR?

Son aylar serial qəhrəmanı kimi sevilən Kamilə Babayevanın vaxtını çəkilişlər kifayət qədər alsa da, teleaparıcı kimi peşəsinə hər zaman sadiqdir.

Lakin son vaxtlar bəzi məsələlər onun bu sferadan ekrana çıxışına fasilə yaratdı. Bu fasilə yaxın aylarda qırılacaq. Amma onu hansısa telekanalın layihəsində deyil, özünün müəllif verilişində görmək mümkün olacaq. Özü Milli.Az-a belə bir vəd verdi:

"Belə bir ideyam var və çoxdan üzərində işləyirik. İşin əsas hissəsi, demək olar ki, görülüb. Pavilyon tikilib, ssenari hazırdır. Əsas olan budur ki, mən teleşirkətin layihəsinin aparıcısı olmayacam. Birbaşa öz müəllif verilişmi təqdim edəcəm. Sadəcə, hazırlığı ləngidən bəzi kiçik problemlər yaranmışdı ki, onu həll edə bildik. Maraqlı layihədir. Amma efirə qədər olan son nöqtəni qoyan zaman açıqlamam daha geniş olacaq".

Kamilə xanım enerjisini əsasən seriala xərcləsə də, layihəsinə kifayət qədər zaman ayıracağını dedi.

"Demək olar ki, həftənin 5 günü "Aramızda qalsın"ın çəkilişindəyəm. Yoruluram, amma işimdən zövq ala bilirəm. Telelayihə isə sırf peşəmlə bağlı bir işdir. Onu mütləq həyata keçirəcəm. Çünki üzərində çoxdan çalışırıq və demək olar ki, uzun illərdir, teleaparıcı kimi efirdə yoxam. Bu səbəbdən darıxdığımı da etiraf edə bilərəm", - deyən Kamilə xanımdan öyrəndik ki, onun uzun illər aparıcısı olduğu "Zəif bənd" teleoyununa qayıtmaq fikri yoxdur. Xatırladaq ki, həmin layihə bu günlərdə yenidən efirə qayıdır.


Geri qayıt