Əsas Səhifə > Araşdırma > QƏTLİAMDAN 20 İL SONRA XOCALI

QƏTLİAMDAN 20 İL SONRA XOCALI


28-02-2012, 13:16
QƏTLİAMDAN 20 İL SONRA XOCALI

BBC AZƏRBAYCANCA MÜXBİRİ XƏBƏR VERİR

Stepanakertdən 15 kilometr şimal-şərqdə yerləşən Xocalıya aparan yol yeni tikilmış, lakin hələ istifadəyə verilməmiş hava limanının yanından keçir.
Yol göstərici nişanı “İvanyan” qəsəbəsi ərazisinə daxil olduğumuzdan xəbər verir.

General Xristofor İvanyan Qarabağ silahlı qüvvələrinin banisi hesab edilir. Onun şərəfinə tanınmamış Dağlıq Qarabağ Respublikası hökuməti “Xocalı”nı “İvanyan” adlandırıb.

Lakin yerli əhali hələ yeni ada öyrəşməyib, və söhbət zamanı Xocalını əvvəlki kimi adlandırır.

Bir qədər uzaqda səliqəli cərgələrlə şəhər tipli binalar görünür. Yerli sakinlərin dediyinə görə, bu binalarda zabit heyəti yaşayır və hərbi hissələr yerləşir.

Orta məktəb

Tikilib qurtarmamış və yarımxaraba tikililər arasında orta məktəbin bəyaz binası seçilir.

Divara Böyük Vətən Müharibəsinin erməni qəhrəmanları və Qarabağ qəhrəmanlarının şəkilləri, Ermənistan ordusunun 20 illiyinə həsr olunmuş uşaq rəsmi vurulub. Hər məktəbdə oluğu kimi, əlaçı şagirdlərin şəkilləri, dərs cədvəli və sair.

Ox işarəsi mövcud olmayan kafe və bar istiqamətini göstərir.

Yaxınlıqda yerləşən, “Paradis” adlı bar-kafe isə, görünür, böyük qonaqlığa hazırlaşır.

İnternet-klubda 300 Ermənistan dramı (təxminən 78 sent) ödəyib bir saat kompüterdən istifadə etmək olar.

İlk ünsiyyətli həmsöhbətimiz Əsgəran rayonundan qonaq gəldiyini bildirir: "Qızımın yanına gəlmişəm. Əri ilə, burada, Xocalıda yaşayırlar".

Bizə demişdilər ki, burada Azərbaycanın müxtəlif rayonlarından, o cümlədən Bakıdan, Gəncədən və Sumqayıtdan gəlmiş qaçqınlar da yaşayır. Lakin rastımıza çıxanların əksəriyyəti müharibədən əvvəl Xramort kəndində yaşadıqlarını bildirirdilər.

1992-ci ilin yanvar ayında Ağdam batalyonunun hücumuna məruz qalmış Xramort kəndinin müdafiəçiləri və sakinləri dağlara çəkilməyə məcbur olub. 1993-cü ilin iyul ayında erməni qüvvələrin Ağdama hücumu nəticəsində kənd ermənilərin nəzarəti altına düşüb.

“Biz 20 il bundan əvvəl, müharibə zamanı buraya köçmüşük. Azərbaycanlılar kəndimizi tutanda ərimlə mən Xocalıya gəldik. Valideyinlərimiz artıq geri qayıdıb, biz isə burada məskunlaşdıq. İşlərimiz pis getmir. Qayıtmaq fikrində deyilik”, - mağazada işləyən qadın deyir.

İkinci qadın da Xramort kəndindəndir. Deyir ki, döyüşlərdən dərhal sonra Xocalıya gəlib: “Burada da dağıntı olub. Bir qədər təmir edib yaşayırıq. Xramortda salamat ev qalmamışdı. Yandırılıb qarət edilmişdi. İndi kənd abadlaşdırılır, lakin artıq bura öyrəşmişəm”.

Bakılı Roza



Roza xanım söyləyir ki, Bakıdan 1988-ci ildə çıxmağa məcbur olublar. Razin qəsəbəsində yaşayıblar.

"O vaxtdan sərsəri həyatı keçiririk. İki il Leninakanda yaşadıq, sonra 15 ilə yaxın Meğridə. 6 ildir ki, bura köçmüşük. Bizə dedilər ki, Qarabağda çoxuşaqlı ailələrə hökümət yaxşı yardım göstərir. Lakin heç də elə deyil. 3 oğlum orduda xidməti başa vurub, daimi iş tapa bilmirlər. Mövsümdən mövsümə tarlaları suvarmaqla məşğul olurlar".

O əlavə edir: "Ailədə 14 adamıq. Hamıya çarpayı çatmır. Yarısı gecələri döşəmənin üstündə yatır. İkinci evi tikmək lazımdır, lakin heç bunu təmir edə bilmirik. Divarlar nəmişlikdən qaralıb".

Rozanın əri Ruben Bakıda sürücü işləyib. Deyir ki, bura köçəndən sonra qoyun saxlayıb, qarovulçu işləyib, indi isə səhhətinə görə işləyə bilmir.

Əhalinin əsas gəlir mənbəyi bağçılıq, tərəvəzçilik və maldarlıqdır. Bir qismı də hərbi hissələrdə xidmət edir.

İki il bundan əvvəl siqaret istehsalı ilə məşğul olan “Masis tabak” Ermənistan şirkəti burada tütün tədarükü və qurutması məntəqəsini tikmək üçün 350 milyon dram (təxminən 1 milyon dollar) maya qoyub.

Qəsəbədə həmçinin makaron fabriki tikilib. Lakin o, hal hazırda işəlmir.

bbcazeri.com


Geri qayıt