Əsas Səhifə > Dünya > ERMƏNİ NAZİRDƏN ETİRAF GƏLDİ
ERMƏNİ NAZİRDƏN ETİRAF GƏLDİ29-02-2012, 11:59 |
DÜŞMƏN ÖLKƏ DİALOQA HAZIR DEYİLMİŞ Avstriyada çıxan “Der Standard” qəzeti Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla müsahibə dərc edib. Müsahibədə Nalbandyan Fransa Senatının saxta “soyqırım” iddialarını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsinin səs toplama taktikasından ibarət olmadığını, bütün Fransa xalqının mövqeyini ortaya qoyduğunu iddia edib. Bu qanunun Türkiyə ilə normallaşma istiqamətində atılan addımları baltalamadığını iddia edən Nalbandyan Ankaranı əvvəlcədən prosesi əngəlləməkdə ittiham edib. Türkiyənin tələb etdiyi tarixçilərdən ibarət komissiyanın niyə yaradılmadığına dair sualın cavabında isə Nalbandyan bildirib ki, əvvəlcə sərhədlər açılmalı və diplomatik əlaqələr qurulmalıdır. Daha sonra isə erməni nazir “Erməni soyqırımı həqiqəti mübahisə mövzusu deyil” deyə dialoqa açıq olmadıqlarını etiraf edib. Geri qayıt |