Əsas Səhifə > Gündəm, Manşet > QARABAĞIN BİR NEÇƏ RAYONU AZAD OLUR
QARABAĞIN BİR NEÇƏ RAYONU AZAD OLUR29-02-2012, 12:10 |
RƏSMİ BAKININ MÜHARİBƏ TƏDARÜKÜ BİR ÇOX ÜNVANLARI NARAHAT EDİB DİA.AZ: - Son günlər Azərbaycanın ayrı-ayrı ölkələlərdən silah alması ilə bağlı məlumatlar daha da intensiv xarakter almaqdadır. Sanki hansısa bir taədürük içindəyik. Elə bu təzahür DİA.AZ-a daxil olan digər məlumatlarla da təsdiqni tapmış olur. Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın İsraildən böyük partiyada silah alması faktı da ictimailəşdi ki, bu xəbər də düşmən Ermənistanda böyük ajiotaj yaradıb. Elə məsələyə rəsmi Bakının verdiyi reaksiyalar da ermənilərin həyəcanlanmasının boşundan olmadığını təsdiqləyir. Belə ki, dünənə qədər bu mövzuda daha çox ehtiyatlı davranan Azərbaycan hakimiyyəti artıq hücum möqeyinə keçid alma kursu götürüb. Məsələn, “Bakının siyasəti hansısa ölkəyə qarşı yönəlməyib, lakin bununla yanaşı ölkənin ərazilərinin 20 faizi işğal altındadır. Azərbaycan öz ərazilərini qaytarmağa və suverenliyini bərpa etməyə hazır olmalıdır və onun buna tam haqqı var” deyən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev əslində gizli bir planın da anonsunu vermiş oldu. "Azərbaycanın xarici siyasəti həmişə çoxşaxəli və balanslaşdırılmış olub. Azərbaycan mehriban qonşuluq münasibətlərinə əhəmiyyət verir və o, qarşılıqlı hörmət prinsiplərinə əsaslanmalıdır", - Abdullayev Azərbaycan səfirinin İran XİN-ə çağırılmasına münasibət bildirərkən deyib. Qeyd edək ki, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov çərşənbə axşamı İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Axundovu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi qəbul edib və ondan Azərbaycanın İsraildən 1,5 milyard dollardan artıq dəyərdə silah alması barədə mətbuatda gedən məlumatlara rəsmi izahat verməyi xahiş edib. Bu faktlardan da aydın olur ki,Azərbaycanın öz silah arsenalını gücləndirməsi Ermənistanla yanaşı İranı da narahat etməyə başlayıb. Mötəbər mənbələrdən redaksiyamıza daxil olan məlumatda deyilir ki, artıq Azərbaycan hakimiyyəti bu vaxta qədər yürütdüyü siyasətinə yeni çalar qatmaq niyyətindədir: “Bu da müharibənin başlanma ehtimalıdır. Rəsmi Bakı enində-sonunda səbr kasasının daşdığını diqqətlərə çatdırır və müharibə variantının yaxın olduğunu nümayiş etdirir”. Qaynağımız bir maraqlı faktı da açıqladı: “Ola bilsin ki, bu ilin yay aylarında işğal altında olan bir neçə rayon mərkəzi işğaldan azad edilsin. Bunun hansı yolla əldə olunacağını söyləmək mümkün deyil. Amma rəsmi Bakı tam qətiyyətlidir”. Geri qayıt |