Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “İRAN AZƏRBAYCANI SATIB”
“İRAN AZƏRBAYCANI SATIB”29-02-2012, 12:22 |
“EUROVISION” ÖNCƏSİ İRANIN AKTİVLƏŞMƏSİ TƏSADÜFİ DEYİL” Qərbin sanksiyaları, ABŞ və İsrailin hərbi hücumlarla bağlı hədələri fonunda İran öz qonşularına, o cümlədən Azərbaycana qarşı aqressiyalarını gizlədə bilmir. Elə bu səbəbdəndir ki, müntəzəm olaraq İranın Azərbaycanın daxili işlərinə qarşımağa cəhd etməsi, buradakı azsaylı tərəfdar ordusunu təxribatlara çəkməsi haqqında informasiyalar alırıq. Bu günlərdə isə İran xüsusi xidmət orqanlarına xidmət edən bir qrup “Hizibullah” və “Sepah” yaraqlılarının Azərbaycanda həbs olunması, ölkəmizə qarşı təxribat həyata keçirmək cəhdi də bu əsnada təsadüfi sayıla bilməz. Bəs görəsən İranın Azərbaycana qarşı təzyiqlərinin arxasında hansı səbəblər dayanır? Qaynar.info-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, əslində İranla münasibətləri Azərbaycan deyil, onların özləri gərginləşdirməkdə maraqlıdırlar: “Xocalı soyqırımının dəhşətlərini, 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından güc yolu ilə qovulmasını həyata keçirən terrorçu bir dövlətə-Emənistana dəstək verməsi İranın Azərbaycana qarşı qeyri-səmimi münasibətinin təzahürüdür. İran Azərbaycanı satıb. Artıq uzun illərdir ki, İran düşmən ölkəyə hərtərəfli dəstək verməklə, Azərbaycana qarşı təzyiqlərini işə salıb. Heç kimə sirr deyil ki, İran Ermənistana qucaq açmasaydı, ermənilərin dünyaya çıxışı da mümkün olmayacaqdı. Əgər İran bunu edirsə, əlbəttə ki, onun bu addımları da cavabsız qalmamalıdır”. İranın son vaxtlar aktivləşməsindən narahatlıq keçirdiyini ifadə edən hüquq müdafiəçisi hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığını vacib şərt kimi dəyərləndirdi: “Son dövrlər İranın qonşularına, xüsusən də Azərbaycana qarşı artan təzyiqləri deməyə əsas verir ki, dövlətimiz bu məsələdə olduqca ehtiyatlı tərpənməlidir. Hətta mən narahatam ki, may ayında keçiriləcək “Eurovision” yarışması ərəfəsində İran Azərbaycana qarşı təxribatlar həyata keçirsin. Əslində Eurovision” öncəsi İranın aktivləşməsi təsadüfi deyil. O ki qaldı İranın Azərbaycana qarşı təzyiqlərini arxasında hansı səbəblərin dayanmasına, məncə onlar Qərbin artan hədələri fonunda sərtləşiblər və öz aqressiyalarını gizlədə bilmirlər. Amma Azərbaycan dövləti də dəfələrlə bəyan edib ki, heç bir dövlətin hərbi məqsədlər üçün ölkəmizin ərazisindən istifadə etməsinə imkan verməyəcək. Hesab edirəm ki, bu çox düzgün bir yanaşmadır və İranda yaşayan 30 milyon azəri türklərinin həyatı baxımından da vacib qərardır. Bu mənada İranın əndişələnməsinə də ehtiyac yoxdur”. Geri qayıt |