Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BALAKƏNDƏ QANUNSUZ DİNİ ƏDƏBİYYAT AŞKARLANIB

BALAKƏNDƏ QANUNSUZ DİNİ ƏDƏBİYYAT AŞKARLANIB


29-02-2012, 12:50
BALAKƏNDƏ QANUNSUZ DİNİ ƏDƏBİYYAT AŞKARLANIB

QADAĞAN OLUNMUŞ TƏRİQƏT ÜZVÜ YAXALANIB

Balakəndə qadağan olunmuş dini təriqətin üzvündən qanunsuz dini ədəbiyyat götürülüb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Balakən rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də qanunla qadağan olunmuş dini təriqətlərdən birinin üzvü Qazma kənd sakini Elman Eminovun evinə baxış zamanı 8 ədəd dini məzmunlu kitab, 11 ədəd broşüra aşkar edilərək götürülüb.

Geri qayıt