Əsas Səhifə > Sosial, Manşet > SABİQ “AZPETROL” ŞEFİ AZADLIĞA ÇIXIB?
SABİQ “AZPETROL” ŞEFİ AZADLIĞA ÇIXIB?29-02-2012, 13:47 |
BU GÜN SƏHƏR SATLARINDAN YAYILAN XƏBƏRİ YAXINLARI TƏSDİQLƏMƏDİ DİA.AZ: - Bu gün səhər saatlarından etibarən, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı, "AzPetrol"un sabiq prezidenti Rafiq Əliyev azad edilməsi xəbəri yayılıb. Bildirək ki, bu yöndə məlumatlar DİA.AZ-a bir neçə ünvandan daxil olsa da, Rafiq Əliyevin yaxınları xəbəri təsdiqləmədilər. Bildirək ki, dünən Bakı fond birjasında keçmiş nazir Fərhad Əliyevə məxsus müəssisələrin satışı həyata keçirilib. Xəbərə görə, birjadankənar bazarda 3 səhmdar cəmiyyətinin səhm nəzarət paketinin alqı-satqısı üzrə sövdələşmə olub. Onlar 2005-ci ilin sonuna kimi nominal olaraq sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin etibar etdiyi adamların adına sənədləşdirilib. O, 2005-ci ildə həbs ediləndən sonra bütün əmlakı, o cümlədən 10 SC-nin səhmləri icbari şəkildə başqa adamların adına keçirilib. Səhm nəzarət paketinin alqı-satqısı üzrə sövdələşmə eyni gündə eyni broker kontorunda – “Caspian Financial ltd” MMC-də bağlanılıb. Bu, onu göstərir ki, razılıq bir mərkəzdən verilib. Qeyri-rəsmi məlumata görə, 7 ildir həbsdə olan Fərhad Əliyev özü halallıq verib. Məhkəmə onu əsasən korrupsiya ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib. Əvvəlcə onu dövlət çevrilişi hazırlamaqda ittiham edirdilər. Əqdlər bu ASC-lərin səhmləri üzrə bağlanılıb: - “Bakı Yoltikintiservis“: 923855 ədəd və ya nizamnamə kapitalının 94,7%-i; - “Daş Salahlı Bentonit”: 137884 ədəd və ya 90,1%; - “Azinşaat Sənaye”: 115 463 ədəd və ya 98,3%. Səhmlər nominal qiymətə - 2 manata sənədləşdirilib. Bu SC-lərin nizamnamə kapitalı 975 475, 152 912 və 117 437 manatdır. Üç qeyd edilən SC-dən faktik olaraq biri - “Daş Salahlı Bentonit” fəaliyyətdədir. Azərbaycan-Rusiya BM-i ”Azrosprominvest”in 50% pay iştirakı bu müəssisəyə məxsusdur. Müəssisənin Direktorlar Şurasının sədri Natiq Şirinzadənin sözlərinə görə, Qazaxda bentonit istehsalına $26 mln vəsait qoyulub. Elə bundan yola çıxaraq bəziləri, artıq Əliyev qardaşlarının azadlıq yolunda olduğunu bildirilər. Məlumatların birində isə vurğulanır ki, Fərhad Əliyev müəssisələrindən məhz qardaşının və onunla bərabər həbs olunan 16 nəfərin azadlığa buraxılması üçün imtina edib. Xatırladaq ki, Fərhad Əliyev hələ barəsində 2007-ci ildə qurulan məhkəmə prosesi zamanı da bəyan etmişdi ki, o, bütün ittihamlarla bir şərtlə razılaşar, onunla bərbaər həbs olunanlar azadlığa buraxılsın. Lakin həmin ərəfədə sabiq nazirin sözləri ciddiyə alınmadı. İndi isə məsələnin fərqli olduğu deyilir. Geri qayıt |