Əsas Səhifə > Partiya > ÜÇ DİNDAR HƏBSDƏN ÇIXDI
ÜÇ DİNDAR HƏBSDƏN ÇIXDI1-03-2012, 12:33 |
ONLAR VAXTINDAN ƏVVƏL AZADLIĞA BURAXILDILAR Martın 1-də Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsindən 3 dindar azadlığa buraxılıb. Onlardan ikisi – Tərlan İsmayılov və Mais Abdullayev 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyası zamanı tutulmuşdu. İlahiyyatçı Həsən Məmmədov isə 2010-cu ilin dekabrında Cəlilabadda aşura mərasimi zamanı həbs olunmuşdu. “Media forum” saytı xəbər verir ki, hər üç dindar cəzalarının çəkilməmiş hissələrindən vaxtından əvvəl azad olunublar. T.İsmayılov və M.Abdullayev Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdilər. H.Məmmədov isə Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə həbs cəzası almışdı. Lakin bu ilin yanvar ayında Ali Məhkəmə ilahiyyatçının cəzasını 2 il müddətinə azaltmışdı. “Media forum” saytı xəbər verir ki, bu yaxınlarda dindarlar Nurani Məmmədovun (2 il iş alıb), Rüfət Miriyevin (2 il) və Rəşad Vəliquliyevin (1 il 6 ay) cəzalarının çəkilməmiş hissələrindən vaxtından əvvəl azad edilməsi gözlənilir. Geri qayıt |