Əsas Səhifə > Partiya > “SƏHƏR”İN ƏMƏKDAŞININ İŞİNDƏ GECİKMƏ
“SƏHƏR”İN ƏMƏKDAŞININ İŞİNDƏ GECİKMƏ1-03-2012, 12:56 |
JURNALİSTİN HƏBSİNDƏN APELLAYSİYA ŞİKAYƏTİ VERMƏK MÜMKÜN OLMADI Binəqədi Rayon Məhkəməsinin İranın “Səhər” telekanalının Azərbaycan nümayəndəliyinin müxbiri Anar Bayramlı haqqında çıxardığı həbs qətimkan tədbirindən verilən apellyasiya şikayəti qəbul edilməyib. Anar Bayramlı haqqında həbs qətimkan tədbiri seçilərkən onun hüquqlarını dövlətin təyin etdiyi vəkil qoruyub və həmin qərardan apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan 3 gün müddət ötüb. Sonradan müdafiəyə qoşulan vəkil Anar Qasımlı müddətin keçməsinin üzürlü bilinməsini istəmişdi. Fevralın 29-da vəkilin müraciəti qəbul olunmayıb. Anar Qasımlının “Media forum” saytına verdiyi məlumata görə, 20 gün müddətinə həmin qərardan apellyasiya şikayəti vermək hüquqları var. Binəqədi Rayon Məhkəməsi Anar Bayramlı barəsində fevralın 17-də həbs qətimkan tədbiri seçib. Anar Bayramlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur. Geri qayıt |