Əsas Səhifə > Cəmiyyət > QUBA SAKİNLƏRİ HƏBS OLUNUR
QUBA SAKİNLƏRİ HƏBS OLUNUR1-03-2012, 13:21 |
RAYONDA VƏZİYYƏT POLİS NƏZARƏTİ ALTINDADIR Azərbaycanın Quba Rayon İcra Hakimiyyəti (RİH) binası qarşısında keçirilən etiraz aksiyası polis tərəfindən dağıdılıb. APA-nın şimal bürosunun xəbərinə görə, polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb. Aksiya iştirakçılarından saxlanılanlar var. Məlumata görə, aksiya iştirakçıları RİH-nin yardımçı tikililərinə, çayxanaya od vurublar, RİH binasının şüşələri sındırılıb. Hadisə yerinə Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsini yanğınsöndürən maşınları cəlb olunub. Yanğının qarşısı alınıb. RİH binasına ciddi ziyan dəyib. Qeyd edək ki, Quba RİH-in başçısı Rauf Həbibovun internetdə yayılan video-çıxışına etiraz olaraq RİH binası qarşısında etiraz aksiyası keçirilib. Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra ittihamlar səsləndirib. Etirazçıların əsas tələbi R. Həbibovun Quba RİH başçısı vəzifəsindən uzaqlaşdırılmasıdır. Geri qayıt |